5 min üzvlə bağlı siyahımız tam hazır vəziyyətdədir
Yusif Nəzərli
08:28 11.03.2023
Siyasət
545
Tural Abbaslı: "AĞ Partiya YAP-dan sonra yeganə siyasi qurumdur ki, üzvlüklə bağlı heç bir problemi yoxdur"
Ağasif Şakiroğlu: "Əgər bir partiya sədri öz ətrafında 5-6 min insanı cəmləşdirə bilmirsə, deməli, o, siyasi partiya deyil"
“Siyasi partiyalar haqqında” yeni qanun təsdiqləndikdən sonra mövcud siyasi təşkilatların yeni tələblərə uyğun fəaliyyət göstərib-göstərməməsi hələ də müzakirə mövzusudur. Xatırladaq ki, qanun layihəsi qəbul olunmazdan öncə dəfələrlə ictimai müzakirə keçirildi və siyasi partiyaların bəzi təklifləri nəzərə alındı. Lakin partiyalar üçün problem yaradacaq məqamların qaldığı da vurğulandı. Onlardan biri də qanunun tələbinə uyğun olaraq müəyyən olunmuş vaxtadək 5 min üzvün imzasını və məlumatlarını reyestrə təqdim etməkdir. Qanunun tələblərinə riayət etməyən partiyaların məhkəmə vasitəsilə fəaliyyətinin dayandırılması, ləğvi barədə yeni qanunda müddəa var.
AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında bildirib ki, qanunvericiliyin yeni tələbinə görə, 5 min üzv məsələsi bir çox partiyada problemlər yaradıb. T.Abbaslı vurğulayıb ki, indiki mühitdə siyasi partiya kimi fəaliyyət göstərmək xeyli çətinləşib:
"İnsanların siyasi partiyalara meyilliyi azdır. Deyilənə görə, artıq 2 partiya öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. AĞ Partiya Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasından sonra yeganə siyasi qurumdur ki, üzvlüklə bağlı heç bir problemi yoxdur. Qanun qəbul olunmazdan qabaq partiya üzvlərimizin sayı tələb olunandan iki dəfə artıq idi. O baxımdan 5 min üzvlə bağlı siyahımız tam hazır vəziyyətdədir. Bəzi partiyalar kimi üzvlərimizi qanun qüvvəyə minəndən sonra toplamağa başlamamışıq. AĞ Partiyaya son iki-üç ildə kütləvi şəkildə üzvlər gəlməkdədir. Hər həftə partiyamıza 50-60 nəfər üzv qəbul edirik. Müəyyən olunmuş müddət ərzində üzv siyahısını reyestrə təqdim edəcəyik".
Gələcək Partiyasının sədri Ağasif Şakiroğlu da "Şərq"ə bildirib ki, yeni qanunda heç bir çətin məqam yoxdur. Partiya sədri hesab edir ki, əksinə, bu, gecikmiş bir qanundur:"
"Siyasi partiyalar haqqında" qanun Azərbaycanda ictimai-siyasi partiyaların qeyri-ciddi durumdan çıxmasına xidmət edir. Bu ancaq ətrafında özündən başqa adam olmayan qeyri-ciddi partiyaların mövcudluğuna təhlükə yarada bilər. Bu da tam təbiidir. Əgər bir partiya sədri öz ətrafında 5-6 min insanı cəmləşdirə bilmirsə, deməli, o, siyasi partiya deyil. İdeologiyası və təşkilatçılıq qabiliyyəti yoxdur və insanlarımız onu dəstəkləmir. Belə siyasi partiyaların sadəcə ad olaraq "yaşaması" absurddur və siyasi partiyaları nüfuzdan salır. Bizim elə bir problemimiz yoxdur. Qanunun tələblərinə uyğun olaraq öz sənədləşmə prosesini aparırıq. Hesab edirəm ki, heç bir problem olmayacaq. O şəxslər narahat olsunlar ki, bugünədək öz ətraflarında sosial baza formalaşdırmayıblar. Elə siyasi partiya var ki, sədrin həyat yoldaşı Yeni Azərbaycan Partiyasının üzvüdür. Evində öz həyat yoldaşını öz ideyalarına inandıra bilməyən bir adam hansı zamanadək Azərbaycanda "siyasi partiya" adından çıxış edəcək. Cırtdan, ictimai rəyə təsir edə bilməyən, sosial bazası olmayan siyasi partiyaların narahatlığını başa düşürəm.
Yeni qanun 1992-ci ildə qəbul edilmiş əvvəlki qanundan fərqli olaraq hərtərəfli yazılıb. Qanunun ictimai müzakirəsində biz də iştirak etmişik. Bizim də təkliflər nəzərə alınıb. Ümumilikdə qanun müasir dövrün tələblərinə uyğundur.
Hər hansı narahatlığa əsas yoxdur. 6 ay ərzində 5 min insanı öz ətrafında toplaya bilməyən siyasi qurumlar 40 gün ərzində, təbliğat-təşviqat dövründə 10 milyonluq insanla necə iş aparacaq?!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual
Kürdə suyun artması Sabirabadda körpünü sıradan çıxarıb - FOTO
14:46 29.04.2026
Hadisə