6 ay vaxt istədi
Turan
11:02 19.11.2020
Siyasət
743
Paşinyan utanmadan onu lənətləyən xalqa hansısa yol xəritəsi təqdim edir
O, öz hakimiyyətini qorumaq və bu aylar ərzində möhkəmlətməyə çalışacaq
Ermənistan baş naziri Nikol Paşinyan məğlubiyyəti topluma həzm etdirmək üçün yenidən vədlər verməyə başlayıb. Baş nazir feysbuk səhifəsində “yaranmış vəziyyətdən çıxış yolu” kimi 15 maddəlik yol xəritəsi açıqlayıb. Utopik tezislərin yer aldığı bu maddələrdə Ermənistanın inkişafı və s. vədlər yer alıb. Səhiyyə, müdafiə, iqtisadiyyat və sosial sferalarda və demokratikləşmə prosesində “yeniliklərin” olacağını yazan Paşinyan bunun üçün 6 ay vaxt gərəkdiyini və komandada dəyişikliklər lazım olduğunu qeyd edib.
Erməni politoloq Qrant Məlik Şahnazaryan deyib ki, Paşinyan utanmadan onu lənətləyən xalqa hansısa yol xəritəsi təqdim edir. Ekspertin fikrincə, onun layihələri reallaşmayacaq: “Bu olmayacaq, Nikol! Biz səninlə bir metr belə gedə bilmərik. Sən bu yolu tək gedəcəksən. Birbaşa cəhənnəmə. Azadlıq meydanında toplaşıb bütün əclaflar və onların satqın proqramlarına özümüzün qəti yox cavabını deyəcəyik”.
Erməni baş nazirin “yol xəritəsi” ilə bağlı “Şərq”ə danışan Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Paşinyan 2 il müddətində ölkədə siyasi-iqtisadi və sosial proqramları reallaşdıra bilməyib. Siyasi şərhçinin fikrincə, müharibədə uduzmuş və iqtisadi çöküş yaşamış ölkəni 6 ay ərzində inkişaf etdirmək qeyri-mümkündür:
“Paşinyan öz hakimiyyətini qorumaq və bu aylar ərzində möhkəmlətməyə çalışacaq. Məğlub və istefası tələb olunan baş nazirin real iş görəcəyi mümkün deyil. Onun 15 maddəsinin içərisində Qarabağın “statusu” və Minsk qrupu çərçivəsində danışıqlara qayıtmaq bəndi də var.
Paşinyan bununla göstərmək istəyir ki, o, Qarabağın statusundan geri çəkilməyib və guya, bu istiqamətdə “uğura” imza atacaq. İlk növbədə Qarabağın “statusu”nu qabartmaqla yeni böhranı tətikləyir”.
M.Əsədullazadə əlavə edib ki, ümumiyyətlə, Minsk qrupuna qayıtmaq Azərbaycan üçün maraqlı deyil: “Həmçinin, Prezident İlham Əliyev Qarabağda heç bir statusun olmayacağını dəfələrlə vurğulayıb.
Belə olan təqdirdə Paşinyanın növbəti açıqlaması və bu məsələni “plana” daxil etməsi iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların və kommunikasiyaların açılmasının qarşısını ala bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm