ABŞ-dən növbəti ikiüzlülük
Yusif Nəzərli
12:06 10.08.2023
Siyasət
512
ABŞ-nin ikiüzlü, riyakar siyasəti davam edir. Bu ölkə rəsmiləri Azərbaycanla təmaslar zamanı belə təsəvvür formalaşdırmağa çalışırlar ki, guya ABŞ-də anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Başqa sözlə, “biz etmirik, lobbiçilər” edir deyirlər. Amma əslində ABŞ Dövlət Departamentinin, bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamenin qeyri-rəsmi “mətbuat orqanı” kimi tanınan KİV-ləri mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirirlər.
ABŞ-də keçirilən “Qlobal Demokratiya Sammiti”nə Ermənistan dəvət edilmişdi. Ancaq Azərbaycan və Türkiyə bu tədbirə dəvət olunmamışdı. Demokratiyanın "d"sindən xəbəri olmayan bir sıra ölkələrin, o cümlədən Ermənistanın həmin tədbirə çağırılması, Azərbaycanın və qardaş Türkiyənin dəvət edilməməsi əlbəttə, böyük ədalətsizlikdir, amma bizim üçün çox da əhəmiyyətli deyil. Çünki bu gün türk dünyasının böyüməsi bəzilərini narahat edir. Onlar türk dünyası inkişaf etdikcə gerçək demokratiyanın necə olduğunu görəcəklər...
Heç kimə sirr deyil ki, ABŞ tərəfindən Gürcüstan və Ukraynaya ərazi bütövlüyü məsələsində verilən dəstək heç vaxt Azərbaycana verilməyib. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə işləyəndə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı, Gürcüstan ərazisi bütövlüyünə dəstək verirdi. R.Uilson Azərbaycanda işlədiyi zaman isə bir dəfə də olsun Ermənistanı qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırmayıb. Baxın, növbəti riyakarlıq, ikili standart.
Xatirinizdədirsə, 2014-cü ildə Rusiya Ukraynanın Donbas ərazisinə humanitar yardım göndərmək məqsədilə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdı. Bu təşəbbüs dərhal ABŞ və beynəlxalq birlik tərəfindən rədd edilmişdi. Hətta müzakirələrdə ABŞ-ın BMT-dəki nümayəndəsi bunu başqa ölkənin ərazisinə birbaşa müdaxilə cəhdi kimi qiymətləndirirdi. Bildirirdilər ki, humanitar yardım ərazi bütövlüyünə hörmət edilməklə həyata keçirilə bilər. Demokratiyadan, ədalətdən, ərazi bütövlüyündən danışanlar niyə indi bu sözləri Azərbaycan haqqında demirlər? Əksinə, bizdən Ermənistandan göndərilən yüklər üçün sərhədlərin açılmasını tələb edirlər?
İndi ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Bu cür siyasətlə ABŞ özünün regiondakı mövqelərinə zərbə vurur. Çünki regionun lider dövləti olan Azərbaycanla münasibətlər bölgədə fəal olan istənilən ölkə üçün son dərəcə önəmlidir.
“Report”un analitik qrupu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region