ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Yusif Nəzərli
14:00 28.05.2022
Siyasət
555
ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə “Report” ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
“Bu il biz ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Azərbaycanın müstəqillik əldə etməsindən arxada qalan 30 il ərzində Avropanın enerji təhlükəsizliyi, transmilli təhdidlərə qarşı mübarizə, ikitərəfli ticarət və investisiyaların inkişaf sahəsində güclü tərəfdaşlara çevrilmişik. Azərbaycanın terror və qanunsuz ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfəni, həmçinin Ukraynaya dəstəyinizi, xüsusilə də humanitar yardımlarınızı yüksək qiymətləndiririk”, - E.Blinkenin təbrikində deyilir.
Məlumatda bildirilir ki, ABŞ təkcə möhkəm iqtisadi əlaqələr hesabına deyil, həm də insanlar arasında əlaqələr hesabına Azərbaycan ilə münasibətləri genişləndirməkdə davam etməklə qürur duyur: “Minlərlə Azərbaycan və ABŞ vətəndaşı bir yerdə işləyir və təhsil alır, həmçinin innovasiyaları tətbiq etmək, əməkdaşlıq etmək və bir-birindən öyrənmək imkanı əldə edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə