ABŞ İrəvana məsləhətçi və hərbi texnika göndərir: Sərhədə gəlirlər
Yusif Nəzərli
07:16 11.04.2024
Siyasət
499
ABŞ Ermənistana hərbi məsləhətçi və texnika göndərir.
Sherg.az Publika.az-a istinadla xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini deyib.
Səfir qeyd edib ki, ABŞ və Ermənistan arasına hərbi sahə üzrə aktiv müzakirələr aparılır. Onun sözlərinə görə, ABŞ-dan Ermənistana hərbi müşavir də göndəriləcək: “ABŞ-dan göndəriləcək məsləhətçi Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcək”.
Səfir Ermənistana hərbi texnikanın verilməsinin də müzakirə edildiyini diqqətə çatdırıb.
“Ermənistanın hərbi sahədə nəyə ehtiyacı ola biləcəyi ilə bağlı davamlı müzakirələr aparırıq. Artıq bir neçə məsələdə razılığa gəlmişik. Bu müqavilələrdən birini qeyd edə bilərəm: Ermənistan münaqişə bölgəsinə daxil ola biləcək zirehli təcili yardım maşınları istədi. Biz bununla bağlı razılığa gəlmişik və hazırda bu texnikanın göndərilməsinin yolları üzərində işləyirik”, - o vurğulayıb.
Səfir ABŞ nümayəndələrinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qoşula biləcəyini də istisna etməyib.
Amerikalı səfirin açıqlamaları Vaşinqtonun İrəvana hərbi yardım göstərdiyinin etirafı hesab oluna bilər və təbii ki, Quinnin dedikləri yalnız ictimaiyyətə açıqlanması mümkün olan məlumatlardır. Aydındır ki, ABŞ-ın Ermənistana hərbi texnika verməsi gündəmdədir. Ameriaklı məshlətçinin Ermənistan MN-də işləmək üçün göndərilməsi də bu əməkdaşlığın dərinliyindən xəbər verir. ABŞ-ın verə biləcəyi mümkün hərbi texnikanın Azərbaycana qarşı istifadə ediləcəyi də aydındır. Misal üçün, Ermənistanın münaqişə bölgəsinə girə bilmək üçün istədiyi zirehli təcili yardım maşınlarının Azərbaycanla mümkün hərbi eskalasiyada sərhədlərimizdə istifadə ediləcəyi bəllidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual
Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı
15:14 26.10.2026
Elm və Təhsil