ABŞ-nin Avropada təsir gücü artır - Politoloq
11:43 09.07.2023
Siyasət
500
"Vaşinqton Avropanın Pekinə qarşı da siyasətini sərtləşdirməsini istəyir"
"Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaratsa da, Pekin Kremlin siyasətini açıq və gizli şəkildə dəstəkləməkdə davam edir".
Bu barədə "Sherg.az"a politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, bunu bir neçə gün əvvəl Pekində Rusiya ilə birgə keçirilən konfransda səslənən çıxışlar da sübut edir:
"Çinin məşhur “Jenmin Jibao” qəzetində yayımlanan baş məqalədə NATO-nun Rusiyaya qarşı “təxribatlarının” dünya üçün ciddi problemlər yaradacağı bildirilib. Söhbət NATO-nun Almaniyada keçirilən “Air Defender 23” təlimlərindən gedir. Məqalədə Ukraynadakı müharibənin qlobal ərzaq və enerji böhranına yol açdığı yazılıb. Pekinin Avropanın gələcəyindən “narahatlığının” bir neçə səbəbi var.
Birincisi, Avropa və ABŞ Ukraynanın qələbəsini və Rusiyanın məğlubiyyətini arzulayırlar və bu məqsədlə Kiyevə hərtərəfli dəstək verirlər. Bu dəstək hər keçən gün artır. Digər tərəfdən NATO-nun təlimlərinin sayı artıb. Bunlar ona görə baş verir ki, Rusiya Ukraynanı işğal etsə, bu Avropa qitəsi üçün ciddi təhdid yaradacaq, Kremlin başqa dövlətləri də işğal etmək həvəsi artacaq. Bu səbəbdən Avropa İttifaqı və NATO Rusiyaya qarşı müqavimət gücünü artırır. Bu normal bir prosesdir. Ancaq bu proses Kremli kimi Pekini də narahat edir. Çünki Pekində hesab edirlər ki, Rusiyanın məğlubiyyətindən sonra Qərbin növbəti hədəfi Çin olacaq. ABŞ və Avropa İttifaqı indinin özündə də Rusiya ilə yanaşı Çinin xarici və təhlükəsizlik siyasətini, o cümlədən uyğurlara qarşı tətbiq edilən zorakılıqları sərt tənqid edirlər".
Analitik vurğulayıb ki, Çin Avropadakı yatırımlarından və köhnə qitənin ölkələri ilə ticarət əlaqələrinin zəifləyəcəyindən narahatdır:
"Çünki Ukrayna müharibəsi fonunda NATO güclənir və ABŞ-ın Avropada təsir gücü artır. Vaşinqton isə Avropanın Pekinə qarşı da siyasətini sərtləşdirməsini istəyir. Vaşinqton NATO-ya bənzər təhlükəsizlik sistemini Çinin ətrafında da formalaşdırmağa çalışır. Çinə qonşu olan ölkələr - Hindistan, Yaponiya, Avstraliya kimi ölkələr Pekinin regional siyasətindən narazıdırlar və təhlükəsizlik sahəsində ABŞ-la sıx əməkdaşlığa üstünlük verirlər. Hindistanın baş naziri Narendra Modi bugünlərdə Amerikaya rəsmi səfər etmiş və Vaşinqtonda müxtəlif görüşlər və müzakirələr keçirmişdi. Pekin bu səbəblərdən NATO-nün təlimlərinin və Avropanın ABŞ-ın təsirindən uzaqlaşmasının tərəfdarıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya