
ABŞ-nin milyardlarla dolları göyə sovrulub - ANALİTİK
Yusif Nəzərli
00:34 04.02.2025
Siyasət
468
Müxtəlif ölkələrdə "məxməri" inqilablar, ideoloji təxribatlar hazırlayan USAİD-dən günün birində hesabat soruşulacağı gözlənilən idi
ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Maks USAİD-i “cinayətkar təşkilat” adlandırıb. Mask bu barədə ona məxsus olan “X” sosial şəbəkəsində canlı yayımda açıqlama verib. İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Üzrə Agentliyinin (USAID) ləğv olunması prosesinin başlanıldığını bəyan edib: “Biz USAİD-in ləğv olunması prosesindəyik”. Maskın sözlərinə görə, USAİD bir daha bərpa olunmayacaq: "Bu, qurdlu alma deyil, sadəcə bir qurd yığınıdır... Alma yoxdur, ona görə də hər şeydən qurtulmaq lazımdır". Bundan əvvəl Mask USAİD-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham etmişdi.

Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, Co Baydenin və sələflərinin dövründə dünyanın bir çox ölkələrinin daxili işlərinə kobud şəkildə qarışan Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ABŞ-nin yeni Prezidenti Donald Trampın hədəfinə tuş gəlməsi heç də təsadüfi deyil. Onun sözlərinə görə, müxtəlif ölkələrdə "məxməri" inqilablar, ideoloji təxribatlar həyata keçirmək üçün ABŞ-nin bütün dünyada milyardlarla dollarlıq vəsaitlərini "humanitar proqramlar" adı altında xərcləyən belə bir qurumdan günün birində hesabat sorulacağı gözlənilən idi:
“ABŞ-nin demək olar ki, bütün xarici yardımlarının dondurulmasına göstəriş verən Donald Tramp USAİD kimi qurumların fəaliyyətini Birləşmiş Ştatlar üçün əhəmiyyətli və səmərəli saymır. Məhz buna görə də onun administrasiyası USAİD-in xəttilə sağa-sola "səpələnən" pulların bundan sonra “Öncə Amerika” doktrinasına uyğun bölüşdürülməsinin təmin edilməsi üçün hərəkətə keçib.
D.Tramp USAİD-in onlarla əməkdaşını inzibati məzuniyyətə göndərib. Təmizləmə prosesi davam edəcək. Bu gedişlə USAİD-in fəaliyyəti ya müvəqqəti olaraq dondurulacaq, ya da ki qurumun fəaliyyət konsepsiyası kökündən dəyişdiriləcək. Çünki USAİD-in hazırkı formatda fəaliyyətinin davam etdirilməsinin həm dünya, həm də ABŞ-nin özü üçün zərərli olduğunu Tramp da yaxşı dərk edir. Yeri gəlmişkən, Trampın ən yaxın dəstəkçilərindən biri olan və yeni administrasiyada Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən məşhur iş adamı İlon Mask da USAİD-in qatı əleyhdarı kimi çıxış edir. Belə ki, İ.Mask ötən gün ABŞ Beynəlxalq İnkişaf Agentliyini cinayətkar təşkilat adlandırıb. Bunu “X” hesabında bildirən iş adamı USAİD-i "Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvası" adlandırıb. İlon Mask USAİD-i həmçinin sıravi amerikalıların ödədikləri vergi vəsaitlərindən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib”.
Politoloqun fikrincə, Trampın və Maskın bu mövqeyi Azərbaycanın mövqeyilə üst-üstə düşür. USAİD uzun illərdir ki, anti-Azərbaycan fəaliyyəti aparan toksik təşkilat kimi tanınır:
“44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatından sonra USAİD birmənalı olaraq qatı ermənipərəst mövqe nümayiş etdirməyə qərar verdi və Azərbaycana qarşı təzyiqləri daha da artırdı. USAİD-in rəhbəri Samanta Pauer sabiq Prezident C.Baydenin və Fransa lideri Makronun diktəsi ilə bu qurumu Azərbaycana qarşı qərəzli təzyiq alətinə çevirdi. Bu qadının Türk dünyasına qarşı nifrəti o həddə çatmışdı ki, o, hətta ermənilərin qondarma “soyqırımı günü”nü özünün doğum günü kimi elan etmişdi. Və məhz bu cür qatı ermənipərəst mövqeyinə görə Ermənistan dövləti S.Paueri “dəyərli tərəfdaş” adlandırmışdı. Təmsil etdiyi dövlətin xarici siyasətinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış edən, ermənilərin uydurduqları “etnik təmizləmə” iddiasını geniş şəkildə tirajlamaqla dünya birliyini Azərbaycana qarşı kökləməyə çalışan USAİD-in zərərli fəaliyyətinin Tramp administrasiyası tərəfindən nəzarətə götürülməsi haqqın, ədalətin təntənəsidir. Bu baxımdan ABŞ-nin yeni rəhbərliyinin USAİD-də təmizləmə kampaniyasına başlamasını təqdir edirik. USAİD dünya erməniçiliyinin maraqlarına yox, ABŞ-nin milli mənafelərinə xidmət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya