
ABŞ onsuz da Azərbaycanın mövqeyini dəstəkləyir - Politoloq
10:59 25.07.2023
Siyasət
416
Azərbaycan burada zorla ermənilərə yardım göndərə bilməz
Laçın yolunun həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün “blokada” vəziyyətində saxlamasından narahatdır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O bildirib ki, guya, humanitar hərəkatların “dayandırılması” vəziyyəti “pisləşdirir” və sülh prosesində etimadın yaradılması səylərini “sarsıdır”: “Vaşinqton regionda sülhün Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini ehtiva etməsi fikrini dəstəkləyir. Biz bu məqsədə çatan dialoqu alqışlayırıq”.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Ağ Ev rəsmisinin bəyanatını təbii qarşılamaq lazımdır. Analitikin sözlərinə görə, ABŞ danışıqlar prosesinin aktiv iştirakçısı kimi belə bəyanat səsləndirməlidir, çünki tərəflərdən biri yalan da olsa iddia edir ki, onlar "blokada" vəziyyətində yaşayırlar:

"ABŞ rəsmisi bu bəyanatı verməklə Azərbaycanı günahlandırmaq yox, beynəlxalq hüquqla insanlara verilən hüquqları qorumaq istəyir və bunun mümkünsüz olduğunu xatırladır. Amma de-fakto belə bir halın olmadığını da yaxşı bilirlər. Bunu yoxlamaq və ya bilmək ABŞ üçün sadə məsələdir. Sərhəd məntəqəsi qısa müddətdə son iki dəfə Azərbaycan sərhədçilərinin yaralanması və BQXK-nin sürücülərinin kontrabanda daşıması məsələlərində bağlı qalmasından başqa bağlı olmayıb. Ermənilər burdan sərbəst və maneəsiz keçiblər. İndi də bu belədir. Azərbaycan ərazisindən yardım məsələsində isə ermənilər özləri yolu bağlayıb yardım istəmirlər. Azərbaycan burada zorla ermənilərə yardım göndərə bilməz. Odur ki, hesab etmək olar ki, Amerika onsuz da istər sülh müqaviləsi, Qarabağ ermənilərinin "statusu" məsələsi, istərsə də erməni silahlılarının Qarabağdan çıxarılması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Amerika üçün artıq Azərbaycan-Ermənistan məsələsi lobbiçilik məsələsindən çıxıb dövlət maraqları səviyyəsinə qalxıb. Burda da ABŞ Azərbaycanın, yəni beynəlxalq hüququn yanındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət