
ABŞ sülh razılaşmasına zəmanət verirsə, təhlükəsizliyə görə də məsuliyyət daşımalıdır -ŞƏRH
14:02 04.08.2025
Siyasət
495
ABŞ-də yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyinin gözlənildiyini yazıb. O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər.
Ermənistan Baş nazirinin adminstrasiyası isə Nikol Paşinyanın ABŞ-yə mümkün səfəri ilə bağlı mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlara münasibətində informasiyanı nə təsdiq, nə də təkzib edib.
Mövzu barəsində politoloq Vaqif Hüseyn Sherg.az-a açıqlama verib:

"Əvvəllər də qeyd etmişdim ki, bir gün sülh müqaviləsi bağlanacaqsa bunun mümkün olaraq imzalanacağı yerlərdən biri Vaşinqton olacaq. Bu gün də eyni fikirdəyəm. Dünyadakı bütün sülh müqavilələri nədənsə həmişə ABŞ-də imzalanır. Bu, Amerikanın qlobal gücünü göstərir. Bir çox məsələlərdə artıq prinsipial razılaşmaya gəlinib. Müəyyən dərəcədə bəzi detalları razılaşdırmaq qalıb. Bu gün sülh sazişinin imzalanmasına mane olan tərəflərin inadı və bir az da xarici amillərin təsir faktorudur. Burada əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Onun üzərinə düşən tələblər çox ciddidir. Azərbaycan minalardan qurtulmaq istəyir. Ermənistan Konstitusiyasında Qarabağa qarşı olan ərazi iddiası hələ də var".
Politoloq 2009-cu ildə Ermənistan-Türkiyə arasında imzalanan sülh pratakoluna da diqqət çəkib:
"Xatırladım ki, 2009-cu ildə Ermənistan və Türkiyə arasında imzalanan sülh pratakollarını Ermənistan Konstitusiya məhkəməsi ləğv etdi. Onlar iddia etdilər ki, bu pratakollar Ermənistan Kanstitusiyasına uyğun deyil. Çünki kanstitusiyada bir başa olaraq Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları var idi. İndi də eyni qərarın çıxarılmayacağına heç kim qarantiya verə bilməz. Tez-tez gündəmə gətirilən məsələlərdən biri Ermənistanın əvvəlki Konstitusiyasına əsasən orada doğulmamış şəxslərin prezidentliyə namizədliyinin mümkünsüzlüyü idi. Lakin sonradan Konstitusiya dəyişdirildi və Qarabağ Ermənistanın bir hissəsi kimi təqdim olundu. Bunun nəticəsində Robert Köçəryanın prezidentliyə namizədliyinə şərait yaradıldı. Halbuki onun namizədliyinə qarşı 120-dən çox erməni vətəndaş etiraz edərək imza toplamışdı. Bu kontekstdə Azərbaycan vətəndaşının sabah həmin ərazilərə gedərkən üzləşə biləcəyi risklər ciddi narahatlıq doğurur. Ermənistandakı hərbi polis və ya silahlı qruplardan qaynaqlana biləcək təhlükə realdır. Bununla bağlı konkret təminatlar verilməlidir. Bu məsələlər beynəlxalq səviyyədə, aydın və şəffaf şəkildə müzakirə olunmalıdır. Ən münasib platformalardan biri isə Vaşinqtondur".
Ekspert bildirib ki, ABŞ sülh razılaşmasına zəmanət verirsə, onun icrası və təhlükəsizliyə görə də məsuliyyət daşımalıdır:
"Əgər razılaşma ABŞ-nin vasitəçiliyi və himayəsi ilə baş tutursa, xarici təsirlərin neytrallaşdırılması və bölgədə sabitliyin qorunması da birbaşa onun öhdəliyinə çevriləcək".
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya