"Açıq demədiyimizi Paşinyan dünyaya reklam edir"
Yusif Nəzərli
20:10 09.09.2022
Siyasət
531
Azər Qasımov: "Çıxılmaz vəziyyətdə qalan Paşinyan xarici havadarlarına "bizi sülhə məcbur etməyin və buna mane olun" mesajını vermək istəyir"
Demarkasiya və delimitasiya prosesi ilə bağlı təhdidlər var. Belə bir iddia ilə Ermənistan Baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icması ilə görüşündə çıxış edib. O bildirib ki, Azərbaycan beynəlxalq meydanlarda Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını deyir: “Ancaq onlar “Şərqi Zəngəzur” terminindən istifadə edirlər, bu isə “Qərbi Zəngəzur”un mövcudluğu deməkdir.
Bütün bunlarda gizli məna var”. Paşinyan qeyd edib ki, hansı xəritələrlə sərhədin müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlər var: “Deyirlər, 1921, 1923, 1975 və ya 1969-cu il xəritələri əsas götürülməlidir. Biz deyirik, demarkasiya və delimitasiya hüquqi qüvvədə olan sənədlər vasitəsilə həyata keçirilməlidir. Azərbaycanda belə bir bəyanatlar səsləndirilir ki, hansısa ildəki xəritə təsdiqləyir ki, Zəngəzur Ermənistana qanunsuz olaraq verilib və yaxud hansısa yaşayış məntəqəsi qanunsuz olaraq Ermənistana verilib". Baş nazirin fikrincə, bu, destruktiv yanaşmadır və Azərbaycanın ambisiyasını, daxili təhdidi göstərir: "Biz irəli getməliyik və demarkasiya, delimitasiya məsələsinin həllinə nail olmalıyıq, o cümlədən Qarabağ məsələsinin həllini tapmalıyıq”.
Ermənistan baş nazirinin açıqlamasını "Şərq"ə təhlil edən politoloq Azər Qasımov deyib ki, Azərbaycanın tarixi torpaqlarının adını tez-tez çəkməsini və onların geri verilməsini istəməsində qeyri-adilik yoxdur. Ekspert bildirib ki, sovet ittifaqı qurulanda Azərbaycanın fikri soruşulmadan və razılığı olmadan bu torpaqlar Ermənistana verilib:
"Necə verilibsə, eləcə də geri qaytarılmalıdır. Ermənistan qəbul etsə də, etməsə də reallıq budur. Hüquqi qüvvədə olan və BMT tərəfindən qəbul edilən sənədlərdə SSRİ-nin ərazisi əsas sənəd kimi qəbul edilib. İttifaq daxilində olan respublikaların sərhədləri əsas kimi götürülməyib. Bu durumda BMT bir-birinin sərhədini tanımayan iki dövlətin müəyyənləşməmiş sərhədi barəsində heç bir hüquqi fikir yürüdə bilməz. Ermənistan "özünün hesab etdiyi" Azərbaycan ərazilərini işğal edəndə beynəlxalq hüquq yada düşmürdü. İndi Azərbaycan öz halal torpaqlarını istəyəndə beynəlxalq hüquqdan danışır".
Analitikə görə, Paşinyanın bu barədə danışması bizim xeyrimizədir: "Bizim açıq demədiyimizi Paşinyan bütün dünyaya reklam edir və dünya ictimaiyyətində fikir formalaşdırır. Baş nazir rəsmi Bakının şərtləri əsasında gündəmə gətirilən sülh məsələsinin Ermənistan üçün əlverişsiz olduğunu düşünür. Təbii ki, müharibə senarisi də erməni tərəfi üçün fəlakət deməkdir. Çıxılmaz vəziyyətdə qalan Paşinyan xarici havadarlarına "bizi sülhə məcbur etməyin və buna mane olun" mesajını vermək istəyir. Sülh Azərbaycan üçün hüquqi sənəddən başqa bir əhəmiyyət kəsb etməyəcək. Tarixi torpaqlarımızın geri istənilməsinin qarşısını heç bir sülh müqaviləsi ala bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol