
Ağ Ev-dən qərəzli açıqlama: ABŞ-nin masqası yırtıldı
12:00 19.04.2024
Siyasət
504
“Amerika Birləşmiş Ştatları Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılmasını alqışlamalı və doğru addım olduğunu bəyan etməli idi. Amma ABŞ tərəfindən biz bunun, tamamilə əksini gördük. Çünki Amerika Cənubi Qafqazda mövcud problemlərin həll olunmasında qətiyyən maraqlı deyil”.
Bu fikirləri “Sherg.az”aaçıqlamasında “Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli ABŞ Dövlət Departamentinin nümayəndəsinin sülhməramlıların çıxarılması ilə bağlı tənqidi fikrini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin edib və erməni terrorçu quruplaşmalarının sığındığı “boz zona”nı ləğv etməsindən sonra Qərbin, Amerikanın Cənubi Qafqaza təsir etmə mexanizmlərinin yox olmasını Ağ Evdə gözəl anlayırlar:
“Bu isə Amerikaya heç bir halda sərf etmir. Eyni zamanda Rusiya sülhməramlılarının Qarabağdan çıxması Azərbaycanın 200 illik problemi həll etməsi anlamına gəlir. Bundan sonra nə Rusiya, nə də Amerika və Avropa Birliyinin hansısa məsələdə Azərbaycana geosiyasi mexanizmlər üzərindən təsir göstərmək imkanları olmayacaq. Ona görə də ABŞ rus sülhməramlılarının bölgədən çıxmasından məmnun deyil. Amerika istəyirdi ki, sülhməramlı qüvvələr Qarabağdan çıxmasın və bu kontekstə Azərbaycan-Rusiya arasında ziddiyətlər yaransın”.

Ekspert bildirib ki, Ağ Ev rəsmisinin belə açıqlaması Amerikanın masqasının yırtılması anlamına gəlir:
“Azərbaycan dövləti Fransanın ermənipərəst olduğunu bilirdi. Rəsmi Paris öz masqasını 44 günlük müharibədən sonra çıxarıb kənara atmışdı. İndi isə ABŞ ermənipərəst olduğunu və Azərbaycanın maraqlarına həssas yanaşmadığını nümayiş etdirdi. Digər tərəfdən ABŞ-da Prezident seçkiləri keçiriləcək. Məğlubiyyət ehtimalı yüksək olan Bayden administrasiyası Cənubi Qafqaza olan münasibətini Ermənistan üzərindən qurur. Yəni erməni diasporunun səslərini Bayden administrasiyanın tərəfinə yönəltmək istəyir. Ona görə də seçkilərə qədər Amerikanın Azərbaycana qarşı qərəzli mövqeyini müşaiyət edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi