Ağ Ev Marko Rubionun iki vəzifəni eyni vaxtda icra etməsini planlaşdırır
Yusif Nəzərli
06:09 03.05.2025
Siyasət
298
ABŞ Prezidenti Donald Tramp administrasiyası Marko Rubionun ən azı altı ay müddətində həm dövlət katibi, həm də milli təhlükəsizlik üzrə müşavir vəzifələrini paralel şəkildə yerinə yetirməsini planlaşdırır.
Trend-in "Politico" qəzetinə istinadən verdiyi məlumata görə, bu, müvəqqəti deyil, daha uzunmüddətli bir plan kimi nəzərdə tutulub. Qeyd olunur ki, Rubionun əvvəlcə yalnız dövlət katibi postunu icra etməsi nəzərdə tutulurdu, lakin bu qərarın dəyişdirilməsi Trampın və onun aparat rəhbərinin şəxsi istəyi ilə olub.
Xatırladaq ki, Tramp mayın 1-də sabiq milli təhlükəsizlik müşaviri Maykl Uoltsun BMT-dəki ABŞ daimi nümayəndəsi vəzifəsinə təyin edəcəyini açıqlamışdı. Beləliklə, Rubionun müvəqqəti olaraq bu vəzifəni də icra etməsi qərara alınıb.
Qeyd edək ki, ABŞ tarixində sonuncu dəfə 1973-1975-ci illərdə Henri Kissincer eyni vaxtda həm dövlət katibi, həm də prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm