
Altı sənəd imzalandı! – “Azərbaycan və Gürcüstanın rolu güclənir”
Yusif Nəzərli
13:01 30.09.2021
Siyasət
429
Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri baş tutub. Birgünlük səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
İ.Qaribaşvili həmçinin Bakıda keçirilən Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edib.
Hər iki ölkənin baş nazirlərinin sədrliyi altında baş tutan toplantıdan sonra əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Həmin sənədlərə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq proqramı, iki hökumət arasında standartlaşdırma, metrologiya və uyğunluğun
qiymətəndirilməsi sahəsində əməkdaşlığa dair razılaşma, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədində keçid məntəqələrinə dair razılaşma, “Produce in Georgia” ictimai hüquqlu publik şəxsin Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlıq haqqında memorandumlar daxildir.

İki ölkə arasındakı münasibətləri “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Onun sözlərinə görə, Gürcüstanla enerji, hərbi və digər sahələrdə birgə uğurlu layihələrə imza atmışıq:
“Eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığımız davam edir. Qaribaşvilinin ölkəmizə son səfəri hər iki tərəf üçün çox vacibdir. Hazırda regionda yeni reallıqlar yaranıb. Bu reallıqda əlbəttə ki, Azərbaycanın nüfuzu artmış olur, ancaq Gürcüstan da regionda öz yerini almaq istəyir. Adı çəkilən sənədlərin imzalanması yeni regional reallıqda Azərbaycan və Gürcüstanın rolu güclənir. Digər tərəfdən iki ölkə arasındakı iqtisadi əlaqələr çox vacib amildir. Gürcüstanın vergi verən əsas təşkilatlarından birinci yeri neft şirkətimiz tutur. Bu, eyni zamanda iqtisadi əlaqələrin nə dərəcədə vacib olduğunu göstərir. Hazırda qazın qiyməti dünyada, xüsusilə Avropada artır, qaz qıtlığı müşahidə olunur. Lakin Azərbaycan Gürcüstanı münasib qiymətə daim qazla təmin edir. Bu da Gürcüstanın iqtisadi təhlükəsizliyinə zəmin yaradır. Ona görə də bu sənədlərin imzalanması və Qaribaşvilinin səfəri ikitərəfli dialoqu daha da möhkəmləndirir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm