
Analitik: Haniyənin öldürülməsi Bakının da maraqlarına ziddir
Analitik: Haniyənin öldürülməsi Bakının da maraqlarına ziddir
Yusif Nəzərli
13:23 04.08.2024
Siyasət
452
Terror çözüm yolu deyil və kimə qarşı törədilməsindən asılı olmayaraq istənilən terror cəhdi qəbuledilməzdir
İranın Prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı xəbərdarlıq edib. Bununla bağlı sosial mediada paylaşım edən İran prezidenti bildirib ki, Tehran terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək: "İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək".
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da Haniyənin ölümünün regionda gərginliyi artıracağını bildirib:
“Moskva HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin öldürülməsini tamamilə qəbuledilməz siyasi qətl hesab edir. Bu, çox pisdir. Qəbuledilməzdir. Baş verənlər Dohada aparılan danışıqlara mənfi təsir göstərəcək”.
Qeyd edək ki, HƏMAS rəsmisi İ.Haniyə Tehranda qaldığı iqamətgaha edilən hava hücumu nəticəsində öldürülüb.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə “Sherg.az”a açıqlamasında deyib ki, İsmayıl Haniyənin Tehranda öldürülməsi Yaxın Şərqi əhatə edən xaosun daha da dərinləşməsinə səbəb olacaq. Onun sözlərinə görə, bu cür kritik hadisələr bir çox hallarda hətta böyük müharibələrə də gətirib çıxarır:

“İsrailin və İranın rəhbər şəxslərinin aqressiv ritorikası da onu göstərir ki, bölgədə yeni eskalasiyanın baş verməsi istisna deyil. Nəzərə alsaq ki, belə bir müharibənin başlanmasında maraqlı olan kifayət qədər qüvvələr, aktorlar var, Haniyənin raket hücumu nəticəsində Tehranda qətlə yetirilməsi böyükmiqyaslı müharibənin başlanması üçün həqiqətən də qığılcım və ya bəhanə rolunu oynaya bilər. Bu baxımdan, Qəzzaya və Livana hücumlarla eyni vaxtda İsmayıl Haniyəyə qarşı sui-qəsdin həyata keçirilməsi heç də təsadüf yox, sinxron hadisələrdir. Bu hadisələr hamısı bir-birilə zəncirvari bağlıdır. İndi hibrid müharibə ilə açıq müharibənin elementləri bir-birinə qarışıb. Haniyənin qətli isə Yaxın Şərq böhranının həllinə yox, onun daha da şiddətləndirilməsinə hesablanıb. Ancaq İsrail də, İran da regionda qarşıdurmaların daha da şiddətlənməsinə rəvac verən qızışdırıcı addımlardan çəkinməlidir. HƏMAS liderinə sui-qəsd bölgəyə sülh gətirməyəcək. Terror çözüm yolu deyil və kimə qarşı törədilməsindən asılı olmayaraq istənilən terror cəhdi qəbuledilməzdir”.
Politoloqun fikrincə, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı hücum nəticəsində öldürülməsi bölgədə sabitliyin hökm sürməsinə xüsusi önəm verən Azərbaycanın da maraqlarına ziddir:
“Rəsmi Bakı bizi əhatə edən ölkələrdə sabitliyin, təhlükəsizliyin və dinc inkişafın mövcudluğunda maraqlıdır. Lakin bir müddət öncə Rusiyada “Krokus Siti” ticarət mərkəzində qanlı terror aktının törədilməsi, bu gün isə cənub qonşumuzun paytaxtında HƏMAS liderinin qətlə yetirilməsi bölgəmizin dincliyini ciddi şəkildə təhdid edən hadisələr kimi nəzərdən keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm