
Analitik: Siyasi və hüquqi baxımdan Vaşinqton razılaşması daha üstündür, lakin 9 noyabr sənədi...
13:04 29.08.2025
Siyasət
392
Həm 9 noyabr razılaşması həm də Vaşinqton razılaşması rəsmi sülh müqaviləsinə aparan yolda mərhələlərdir
Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın artıq qüvvədən düşdüyünü bəyan edib. Onun sözlərinə görə, bu sənədin aktual siyasi gündəmdə yeri yoxdur və “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. Paşinyan əlavə edib ki, “9 noyabr 9 noyabrda qaldı”.
Xatırladaq ki, həmin bəyanat Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında imzalanmış, 44 günlük müharibəni dayandıran əsas sənəd idi. Müqavilənin müddəaları əsasında Ermənistan işğal altında saxladığı bir sıra rayonlardan geri çəkilmiş, bölgəyə Rusiya sülhməramlıları yerləşdirilmiş və Laçın dəhlizindən istifadə qaydaları müəyyən olunmuşdu. Lakin sonrakı dövrdə sənədin bir çox bəndlərinin icrasında problemlər yarandı: qaçqınların geri dönüşü təmin edilmədi, əsir və girov məsələsi tam həll olunmadı, Laçın dəhlizi dəfələrlə bağlandı.
Paşinyanın bu açıqlaması əslində, Ermənistanın yeni reallıqları qəbul etdiyini göstərir. Ermənistan Baş naziri əslində Vaşinqtonda davam edən danışıqlara üstünlük verir və Moskva vasitəçiliyi ilə imzalanmış sənədlərin artıq reallığı əks etdirmədiyini düşünür. Beləliklə, Paşinyanın “9 noyabr 9 noyabrda qaldı” ifadəsi həm simvolik, həm də siyasi mesajdır: o, həm keçmişə qayıtmaq istəmədiyini bildirir, həm də Ermənistanın gələcək sülh danışıqlarında fərqli bir platforma üzərindən irəliləməyə çalışdığını ortaya qoyur.
Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, 9 noyabr bəyanatında Rusiya müəyyən qədər öz maraqlarını dövrəyə salmağa cəhd etmişdi:

"Əsasən Xankəndi və ümumiyyətlə Qarabağla bağlı tam həll olunmamış nöqtələr saxlamağa səy etmişdi. O zaman Rusiya sülhməramlıları vardı və separatçılar hələ silahı yerə qoymamışdı. Zəngəzur dəhlizi məsələsinin həlli açıq buraxılmışdı. Ancaq artıq o tarixi dövr geridə qaldı, Emənistan və Azərbaycan arasında məlum sülh prosesi səmərəli şəkildə davam etməkdədir. Əsas olan odur ki, hər iki dövlət bu yolda irəliləyir və danışıqlar aparır, sənədlər imzalayır. Vaşinqton razılaşması bu səylərin ən ali nümunəsidir. Əvvəlki 9 noyabr razılaşması o zamanın tələblərinə və durumuna görə əsas sayılırdı. O sənəddə bir qədər fərqli məsələlər ətrafında razılıqlar əldə olunmuşdu. Vaşinqton bəyannaməsində isə əvvəlkində olmayan müddəalar da yer alır. Bu baxımdan sonuncunu daha təkmil, daha etibarlı saymaq olar. Həmçinin 9 noyabr sənədi Rusiyanın iştirakı ilə, Vaşinqton razılaşması ilə ABŞ-nin iştirakı ilə baş tutub".
Analitikin sözlərinə görə, siyasi və hüquqi baxımdan Vaşinqton razılaşması daha üstündür:
"Lakin 9 noyabr sənədinin də müəyyən bəndlərinin əhəmiyyəti qalır ki, bunu da hazırki proseslər üçün baza hesab etmək olar. Bütün bunlar rəsmi sülh müqaviləsi tam imzalandıqdan sonra hüququ əhəmiyyətini ortaya qoyacaq. Sözü gedən anlaşmalar bəyannamə xarakterlidir. Sülh müqaviləsi isə başqadır. Müqavilə rəsmi, hüquqi öhdəlik sənədidir. siyasi və hüquqi baxımdan Vaşinqton razılaşması daha üstündür. Həm 9 noyabr razılaşması həm də Vaşinqton razılaşması rəsmi sülh müqaviləsinə aparan yolda mərhələlərdir. Burada da Vaşinqton anlaşması daha etibarlı daha mükəmməl daha əlverişlidir. 9 noyabr razılaşmasında artıq həllini tapmış məsələlər vardı ki, indi o mövzular qapanıb. İstinad sənədi kimi qüvvəsini saxlayır. Lakin sülh müqaviləsi imzalandıqdan sonra əsas hüquqi sənəd satılacaq. Hər bir halda 9 noyabr bəyanatı Rusiyanın bu prosesə müdaxiləsinə əsas sayılacaq qüvvədə deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı