Anar Bağırov: "Naxçıvanda vəkillərin sayı artırılacaq, islahatlar aparılacaq"
Yusif Nəzərli
08:37 09.03.2023
Siyasət
374
Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində dönüş olacaq, vəkillərin sayı artırılacaq, islahatlar aparılacaq, insanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti bu məqsədlə hazırda Naxçıvanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Naxçıvanda səfərdə olan Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov bildirib.
Onun sözlərinə görə, “Heydər Əliyev İli” çərçivəsində sabah və ümumiyyətlə, ilin sonuna kimi hər təqvim ayının 10-da Naxçıvan Muxtar Respublikasında vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyaları keçiriləcək: “İstəyirik ki, Naxçıvanda mütəmadi olaraq ali məktəblərdə vəkilliyə qəbul aparılsın. Gənc hüquqşünasları vəkilliyə dəvət edəcəyik. Bu baxımdan bizim işimiz Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi ilə əlaqəli olacaq”.
A.Bağırov sabah keçiriləcək konfransla bağlı məlumat verərək tədbirdə vəkillik sahəsində Naxçıvanda və ümumiyyətlə Azərbaycandakı mövcud problemlərin müzakirə olunacağını vurğulayıb: “Məqsədimiz odur ki, problemlər aradan qalxsın, hər bir vətəndaşın hüquqi yardım hüququ təmin olunsun, nəticə etibarilə keyfiyyətli hüquqi yardım göstərilsin".
Qeyd edək ki, sabah Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial