
Ankara sülh prosesində aktiv rol aldığının mesajını verir - ŞƏRH
Ankara sülh prosesində aktiv rol aldığının mesajını verir - ŞƏRH
Yusif Nəzərli
10:51 25.01.2025
Siyasət
327
ABŞ-nin yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə koordinasiyalı davam etdirəcək
ABŞ Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün vacibliyini vurğulayıblar. Hakan Fidan və Marko Rubio, həmçinin ABŞ-Türkiyə münasibətləri, Suriya məsələsi, Türkiyənin NATO müttəfiqi kimi rolu və digər məsələlər barədə də danışıblar.
Ankaranın Ermənistan-Azərbaycan məsələsini gündəmində saxladığını vurğulayan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında deyib ki, bu məsələni Vaşinqtonla müzakirə etməklə, prosesin tam Ermənistanın lehinə işləməsinə imkan vermir:

“Hakan Fidanın ABŞ-nin dövlət katibi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsini müzakirə etməsi, Ankaranın prosesdə aktiv rol aldığının mesajıdır. ABŞ-nin yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə koordinasiyalı davam etdirəcək. Bir neçə gün bundan əvvəl, Ermənistanın C.Bayden administrasiyasi ilə bağladığı "İkitərəfli strateji tərəfdaşlıq" sazişi birbaşa Vaşinqton-Yerevan dialoqunun formalaşmasına gətirməyəcək. Xüsusilə, D.Tramp administrasiyası Ankara ilə Ermənistan siyasətini uzlaşdıracaq. Ona görə də Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalı və Türkiyə ilə normallaşma prosesinə getməyə məcburdur. Ermənistanın Vaşinqtondan siyasi-hərbi gözləntiləri "arzu" olaraq qalacaq. ABŞ Ermənistana dövlət yardımlarını dayandırıb. Həmçinin proses Azərbaycanla sülh müqaviləsi bağlamadan keçir. N.Paşinyanın Vaşinqtona işgüzar səfəri prosesi dəyişməyəcək”.
Oxşar xəbərlər
Qırğızıstanın ABŞ-dakı səfiri: "Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistanı G20 sammitinə dəvət etməsindən qürur duyuruq".
19:20 06.07.2026
Rutte Kiyevin "Patriot" raketlərinin istehsalına icazə verilməsi ilə bağlı çağırışını cavablamadı
19:06 06.07.2026
Xəbər lenti
Hamısına bax
Asif Nərimanlı
19:17 06.07.2026
Cənubi Qafqaz
Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi
19:10 06.07.2026
İqtisadiyyat
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol