
Araik Arutyunyan "yazıqlıq" obrazına bürünmək istəyir
09:23 11.08.2023
Siyasət
606
Fazil Mustafa: "Çalışmalarımızı bir an olsun durdurmamalıyıq"
Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” tipli bəyanat yayımlayan Arutyunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff də feysbuk səhifəsində “Ağ Evin Artsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. Bununla yanaşı, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Merfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Görünən odur ki, ABŞ-nin dövlət strukturları Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləsələr də, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar.
Separatçıların çırpınışları ilə bağlı "Sherg.az"a danışan millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bunun gözlənilən olduğunu deyib. Deputat vurğulayıb ki, elə bəri başdan əsas diqqət buna yönəlmişdi:

"Düşünürdülər necə etsinlər ki, erməni lobbisinin dəstəyi ilə ABŞ-dəki, Fransadakı ermənipərəst qüvvələri hərəkətə gətirsinlər. Çalışırdılar ki, Qərbdən dəstək qazansınlar və Qarabağın "müstəqilliyi" və başqa absurd ideyaların onlar tərəfindən səslənməsinə nail olsunlar. Qarabağdakı separatçıların əsas məqsədi budur. Çünki savaşda uduzublar. Əllərində hər hansı hüquqi, beynəlxalq əsaslandırma yoxdur. Yeganə yolları "yazıqlıq" obrazına bürünmək və xaricdəki erməni lobbisini hərəkətə gətirməkdir. Azərbaycan da çalışmalıdır ki, xaricdə belə absurd ideyaların səslənməsinin qarşısını alsın. Özünün haqlı mövqeyini bütün kanallarla dünya ictimaiyyətinin diqqətinə çatdırsın. Uzun prosesi ermənilərin idarə etməsinə icazə vermək olmaz. Ermənilər yalanları istədikləri şəkildə yayaraq Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırırlar. Bunun qarşısını almaq üçün çalışmalarımızı bir an olsun durdurmamalıyıq. Ermənilər bundan sonra başqa təxribatlara da əl ata bilər. Azərbaycan yerində möhkəm dayanıb və hər hansı təzyiqin ölkəmizə təsir edəcəyini düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region