
Araikin "oturaq aksiya" şousu: Göstərişi kimlər verib?
12:47 26.07.2023
Siyasət
409
"Qarabağdakı separatçıların öz mövcudluqlarını qorumaq istiqamətində addımları heç bir nəticə vermir. Araik Arutyunyanın “oturaq aksiyası”nın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyırdı, lakin heç bir nəticəsi olmadı".
Bunu Xankəndi şəhərindəki separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın 17 iyulda başlatdığı “oturaq aksiyanı” dayandırmasına münasibət bildirərkən "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Analitikin sözlərinə görə, onlar üçün Moskva görüşü həlledici olmalı idi və hesab edirdilər ki, Rusiya Azərbaycana təzyiq edəcək, Laçın postunun açılmasına nail olacaqlar:
"Lakin görüşün yekunları və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatı Bakının gündəliyinin qəbul olunduğunu göstərdi. Qarabağdakı erməni əhalinin “milli azlıq” olaraq Azərbaycan qanunvericiliyi çərçivəsində hüquqlarının qorunması məsələsi razılaşdırıldı. O cümlədən, Azərbaycan nümayəndələri ilə görüşmələri çağırışı edildi. Deməli, Bakının reinteqrasiyanı özündə ehtiyava edən “yol xəritəsi” Rusiya tərəfindən də qəbul olunur. Belə halda Araikin “oturaq aksiyası”na, yaxud digər hansısa addımına ehtiyac qalmır, çünki onların müdafiəçisi olan Moskva da reallığı qəbul edir. Fikrimcə, Araikə “oturaq aksiya” şousunun başa çatdırılması göstərişini də ruslar verib. Separatçıların başçısı da ermənilərə göstərir ki, görüş məhz onun “oturaq aksiya”sına görə baş tutub, artıq nəticə əldə etdikləri üçün buna son qoyur. Gülünc və gülüş doğuran məqamdır".
Qeyd edək ki, Araik Moskvada ötən gün baş tutan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün də “bu aksiyanın nəticəsi” olduğu haqda gülünc bəyanat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət