Artıq rusların Ermənistana girişinə qadağa qoyulur
Yusif Nəzərli
04:20 11.03.2023
Siyasət
557
Paşinyanı hakimiyyətə gətirən qüvvələr ondan öhdəliklərini icra etməsini tələb edirlər
“Ölkənin siyasi rəhbərliyi Paşinyanın timsalında Qərbə meyilli olsa da, hərbi rəhbərliyi Rusiyaya bağlıdır”
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib k, Kreml ayrı-ayrı rusların Ermənistana girişinə qadağa qoyulmasına görə təəssüflənir və buna mənfi reaksiya verir. O bildirib ki, Ermənistan Rusiyanın dostu və müttəfiqidir: “Biz ümid edirik ki, yaxın gələcəkdə belə hallar təkrarlanmayacaq". Qeyd edək ki, bundan əvvəl İrəvanın Zvartnots hava limanında rusiyalı media eksperti və jurnalist Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib. Həmçinin Ermənistan hökuməti “Rossiya seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan və Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulinin də ölkəyə girişinə qadağa qoymuşdu. Son aylarda İrəvan-Moskva gərginliyi kifayət qədər artıb.
Tərəflər bir-birini qarşılıqlı ittiham edirlər, hətta Ermənistan Rusiya əleyhinə açıq-aşkar əməli addımlar da atır. Ekspertlərin fikrincə, Nikol Paşinyan hökumətinin Kremlin əleyhinə həyata keçirdiyi ardıcıl anti-Rusiya siyasətinin ciddi və sərt cavabı gələ bilər.
Rusiya-Ermənistan arasındakı mövcud münasibətləri “Şərq”ə şərh edən politoloq Azər Niftiyev söyləyib ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr ondan öhdəliklərini icra etməsini tələb edirlər. Ekspert xatırladıb ki, 2018-ci ilin mayında inqilab nəticəsində Nikol Paşinyan ABŞ, Fransa və digər Qərb dövlətlərinin dəstəyi ilə iqtidara gəldi:
"O, hakimiyyəti Rusiyaya bağlı və şərti adı “Qarabağ klanı” olan qüvvələrdən təhvil amışdı. Hansı ki, bu qüvvələri qorumaq üçün Moskva uzun müddət səy göstərmişdi. Paşinyanın iqtidara gətirilməsi Qərb dairələri tərəfindən postsovet məkanında həyata keçirilən “narıncı inqilab”lar ssenarisinin davamı idi. Ötən ilin fevral ayına qədər ABŞ və Qərb Rusiyaya qarşı ehtiyatlı münasibət nümayiş etdirirdi. Ukraynaya qarşı hücumdan sonra isə sərt ritorikadan istifadəyə üstünlük verildi. Rusiya ilə bütün bağlar qopdu və Qərb şimal qonşumuza qarşı çoxvektorlu sanksiyalar və təzyiq alətlərindən istifadə etməyə başladı. Bu xüsusda Paşinyan da Qərbin işinə yarayırdı. 44 günlük Vətən müharibəsindən sonra Paşinyan Moskvaya qarşı yumşaq siyasət yürütsə də, Qərbin təzyiqləri nəticəsində yenidən anti-Rusiya ovqatını gücləndirməyə başlayıb. Rusiyalı jurnalistlərin Ermənistana səfərlərinə məhdudiyyətlər qoyulması, qarşılıqlı ittihamlar səsləndirməsi bunun bariz nümunəsidir”.
Politoloq vurğulayıb ki, Rusiya Ermənistana qarşı təzyiqləri səngitməyəcək: “Ermənistan üçün ən optimal çıxış yolu işğalçılıq siyasətindən imtina etmək, Azərbaycanla sülh müqaviləsi imzalamaq, nəqliyyat qovşaqlarını və Zəngəzur dəhlizini açmaqdır. Eyni zamanda Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətinə son qoyulmalı, hər iki ölkə ilə münasibətlərdə keçmişə yox, gələcəyə baxılmalıdır. Belə olacağı təqdirdə Rusiyanın Ermənistana təsir imkanları minimuma enəcək. O ki qaldı anti-Rusiya siyasətinin Ermənistan rəhbərliyi, yoxsa ictimaiyyəti tərəfindən arzulanmasına, burada bir sıra vacib məqamlar var. Birincisi, Ermənistanda yekcins hakimiyyət yoxdur. Ölkənin siyasi rəhbərliyi Paşinyanın timsalında Qərbə meyilli olsa da, hərbi rəhbərliyi Rusiyaya bağlıdır.
Ermənistan ictimaiyyəti isə mövcud şəraitdə sabitlikdən yanadır. Rusiyaya bağlı qüvvələrin təkidi nəticəsində keçirilən növbədənkənar seçkilər zamanı yenidən Paşinyanın rəhbəri olduğu siyasi blokun qələbə qazanması bunun təzahürüdür. Baxmayaraq ki, Paşinyan məğlub dövlətin başçısı idi, erməni seçicilər yenidən ona etimad göstərdilər. Bu artıq Ermənistan ictimaiyyətinin mesajı idi və bu mesaj da ondan ibarət idi ki, biz müharibə yox, barış istəyirik”.
A.Niftiyev əlavə edib ki, Paşinyan ictimai tələbi yerinə yetirməlidir:
“Bu tələb isə qeyd etdiyim kimi, Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoymaq, regiona barış gətirməkdir. Əgər Paşinyan bunu etməyəcəksə, uzun müddət hakimiyyətdə qala bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial