Asif Nərimanlı: Parisin planları aydın görünür
Yusif Sultanoğlu
05:01 30.11.2023
Siyasət
475
Fransada təlim keçən ermənilərin Azərbaycana qarşı hücumlara hazırlandığı ehtimalı güclüdür
"Fransanın erməni hərbçilərə təlim keçdiyinə dair məlumatlar “hansı ölkəyə hücum hazırlanır” sualını ön plana çıxardı".
Bu barədə "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, məlumatı gündəmə gətirən rusiyalı hərbi bloger Anastasiya Kaşevarova erməni hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşmək üçün hazırlandığını iddia edir:
"Lakin bu iddia real görünmür. Ukrayna cəbhəsinə ən az muzdlu döyüşçü göndərən ölkələrdən biri Fransadır. Fransa hazırda Rusiyaya qarşı cəbhə alsa da, müharibənin əvvəlindən Moskva ilə anlaşmaqdan yanadır və Ukraynaya verdiyi dəstək daha çox “məcburiyyət” kimi görünür. Cənubi Qafqazda baş verənlər, Fransanın maraqları və gözlənilən mümkün ssenarilər fonunda erməni hərbçilərin məhz bu bölgədəki planlar üçün hazırlandığı ehtimalı güclənir. Kaşevarovanın “Rusiyaya qarşı döyüşmək” fikri daha çox ictimai rəyi yönləndirməyə hesablanmış ola bilər. Xüsusilə Moskva-İrəvan xəttində çatların dərinləşdiyi vaxt rus ekspert cameəsindən belə mövqelərin sərgilənməsi intensivləşib. Lakin rusiyalı blogerin Fransanın erməni hərbçilərə təlim keçdiyi haqda dediklərində həqiqət payı var. Paris-İrəvan anlaşmasında təkcə Ermənistanın silahlandırılması yox, erməni ordusunun modernləşdirilməsi, təlimlərin keçirilməsi və kadrların hazırlanması da daxildir".
Analitikin qənaətincə, burada əsas məqamlardan biri təlim düşərgələrində Qarabağdan olan “könüllü gənclərin” də iştirak etdiyi haqda məlumatdır:
"İstisna deyil ki, bu “könüllülər” Qarabağdan çıxarılan erməni silahlı dəstələrin və separatçıların silahlı qruplarının üzvləridir. Onların bir hissəsi Ermənistana qayıdandan sonra orduda xidmətə qəbul edilməyiblər. Mümkündür ki, Ermənistan onlardan xüsusi təlim keçmiş qruplar yaratmaq niyyətindədir. Fransada təlim keçən ermənilərin Ukraynada Rusiyaya qarşı döyüşməkdən daha çox, Azərbaycana qarşı mümkün hücumlara hazırlandığı ehtimalı güclüdür. Cənubi Qafqazda baş verənlər və Parisin planları da bu ehtimalı daha da artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə