AŞPA-da Türkiyəli deputatın hesabatı səsverməyə qoyularaq qəbul edilib
Yusif Nəzərli
14:50 31.01.2025
Siyasət
287
AŞPA-nın qış sessiyasında qurumun Türkiyədən olan deputatı Sena Nur Çelik Kanatın hazırladığı “Qadınlar və İqtisadiyyat: məşğulluq, sahibkarlıq və gender əsaslı büdcələşdirmə” adlı qətnamə layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, qətnamədə qadınların iqtisadi səlahiyyətlərini gücləndirmək üçün genderə uyğun büdcənin tərtib olunmasına çağırış edilib. Bildirilib ki, bugünkü tərəqqiyə baxmayaraq, qadınlar hələ də COVID-19 pandemiyası və münaqişənin iqtisadi nəticələri ilə daha da ağırlaşan iqtisadi bərabərsizliklərlə üzləşirlər. Bu qlobal çağırışlar qadınlar və kişilər arasında bərabərlik baxımından əldə edilən irəliləyişin kövrəkliyini və qarşıda görüləcək hələ çox işin olduğunu göstərir.
Qətnamə layihəsində bütün səviyyələrdə qadınların iqtisadiyyatda tam iştirakını təmin etmək üçün bütün sahələrdə gender həssaslığı olan maliyyə planlaşdırılması tədbirləri görülməlidir. Genderə uyğun büdcə alətləri büdcə dövriyyəsinin bütün mərhələlərinə inteqrasiya edilməli və bərabərlik üçün adekvat maliyyə vəsaiti ayrılmalıdır.
AŞPA hökumətləri büdcənin icrası üçün hesabatlılığı gücləndirməyə və gender təsirinin qiymətləndirilməsindən istifadə etməklə nəticələrin monitorinqini aparmağa çağırıb.
Türkiyədən olan deputatın qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm