ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri: Missiyamızı təsbit edilmiş prinsiplərə uyğun həyata keçirəcəyik
Yusif Nəzərli
07:36 01.08.2024
Siyasət
436
“Müşahidə missiyanı Azərbaycan hökuməti dəvət edib. DTİHB indiyə qədər Azərbaycanda 13 dəfə müşahidə missiyası həyata keçirib, sonuncu monitorinq fevralda erkən prezident seçkiləri zamanı həyata olub”.
APA xəbər verir ki, bunu DTİHB müşahidə missiyasının rəhbəri Ditmir Buşati ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun müşahidəçiləri (DTİHB) Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə missiyasının açılışı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, fəaliyyətləri ilə bağlı Mərkəzi Seçki Komissiyası və XİN-də qeydiyyatdan keçiblər, görüşləri olub.
Əməkdaşlığa görə təşəkkürünü çatdıran D. Busati ATƏT-in 57 üzvdən ibarət olduğunu, bu ölkələrin əsas insan azadlıqları və fundamental hüquqlarla bağlı öhdəliklər götürdüyünü, bu öhdəliklərdən birinin də seçki prosesinin monitorinqi üçün DTİHB-nin dəvət edilməsi olduğunu vurğulayıb.
“Əsas komandamızın 11 beynəlxalq üzvü var və onlar ATƏT-in 11 ölkəsini təmsil edir. Əsas komandanın üzvləri növbəti bir neçə həftə ərzində Bakıda fəaliyyət göstərəcək, seçkiyə hazırlığı müşahidə edəcəklər. Təhlükəsizlik və satınalma ilə bağlı köməkçi komandamız da var. Bakıdakı əsas komandanın üzvləri Azərbaycanın digər rayonlarına səfər edəcək. Növbəti həftə - 6 avqustda isə 28 müşahidəçi Azərbaycana gələcək. Onlar regional səviyyədə uzunmüddətli müşahidə aparacaqlar”, - deyə o bildirib.
Müşahidə missiyasının rəhbəri əlavə edib ki, 280 qısamüddətli müşahidəçi də prosesdə iştirak üçün müraciət edib: “Bu müşahidəçilər seçki günüdən etibarən prosesdə və səslərin sayılmasında iştirak edəcək.
Xarici müşahidə missiyasının tərkibində olmaq üçün də ATƏT-dən missiya gələcək.
Biz missiyamızı təsbit edilmiş prinsiplərə uyğun həyata keçirəcəyik. Missiyamız seçki prosesini, ona hazırlığı müşahidə edir və biz nəticələri öz hesabatımızda dərc edirik. Seçkinin sonunda isə ilkin qənaətlərimizi açıqlayacağıq.
Seçki prosesinin tamamlanmasında sonra yekun hesabat bir neçə ay ərzində dərc olunacaq, bu hesabatda öz tövsiyələrimizi də təqdim edəcəyik. Biz missiyamızı şəffaf şəkildə həyata keçirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm