Avropa İttifaqı formatı daha məqbuldur
Yusif Nəzərli
09:18 29.11.2022
Siyasət
591
"Azərbaycan öz tərəfdaşları ABŞ və Böyük Britaniya ilə Fransanın aqressivliyinə son qoyulması üçün çalışmalıdır"
"ATƏT-in Minsk qrupunun həmsədrlik institutu faktiki iflic vəziyyətdədir və bu, onun statusunun qarşısına “keçmiş” sözünü əlavə etmək üçün bir əsasdır". Bunu "Şərq"ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Minsk qrupu faktiki disfunksional bir təsisata çevrilsə də, onun legitimliyi hələ aradan qalxmayıb. Ona görə də Azərbaycan diplomatiyası ATƏT-in konfransının çağırılmasına nail olub, konsensusla həmsədrliyə son qoyulmasına nail olmaq təlimatı ilə üz-üzədir: "Məsələ isə o qədər sadə deyil. ATƏT daxilində yekdil qərarı hasil etmək çətin məsələdir. Buna görə də həmsədrlər olan ABŞ, Rusiya və Fransa bu boşluqdan istifadə edib həmin xətti diriltməyə çalışırlar. Üç ölkə hər nə qədər qurumuş ağacın dibinə su tökməyə cəhd etsə də, onların hərəsinin öz strateji məntiqi Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına mütləq vahid yanaşmanın sərgilənməsinə imkan vermir. Buna görə də tərəflər reallığı nəzərə alıb həmsədrlik məntiqi ilə deyil, özlərinin təkbaşına maraqları kontekstində Bakı - İrəvan arasında danışıqlarda etibarlı moderator roluna sahiblənmək istəyirlər. Gah ABŞ, gah da Rusiya müəyyən mərhələlərdə Azərbaycanla gərgin xəttə getsələr də, Bakı bu iki güc arasında balans öhdəliyindən ayrılmayıb və onları öz prinsipiallığına inandırmaq üçün bir sıra hərbi-siyasi tədbirlər görür".
Ekspertə görə, Azərbaycan Ukraynadakı müharibəyə görə bir-birilə kəskin ziddiyyətli mərhələyə qədəm qoyan ABŞ və Rusiyanın tənzimləyici funksiyasına hələ də etibar edir: "Bunu Prezident İlham Əliyev də ifadə edib. Dövlət başçısının “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda “Nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub” deməsi də bunun sübutudur. Fransanın Cənubi Qafqazda özünə yer etmək cəhdləri fiasko ilə nəticələnməkdə davam edəcək. Birincisi, Fransanın genişlənən ambisiyalarına Türkiyə imkan verməz. Çünki Ankara Parisin hegemonluq iddiasının əsas oxunu Ankaraya qarşı tuşlamaq niyyətində olduğunu bilir. İkincisi, Fransa Rusiya ilə birgə maraqlarla yola çıxmaq istədi, lakin hesablamadı ki, Qərbdəki açıq-gizli rəqibləri olan Böyük Britaniya və ABŞ onun qarşısına keçərək sədd çəkəcəklər. Bununla da Fransanın etibarlı vasitəçilik missiyasına dair olan-qalan təsəvvürlər də alt-üst olur və Bakı Parisdən belə bir gözləntisini də dilə gətirmir".
A.Kərimov qeyd edib ki, Azərbaycan üçün Avropa İttifaqı formatı da məqbuldur. Amma Paris bundan sonra Bakı - İrəvan danışıqlarının Brüssel platformasını korlamaq üçün hikkəsindən əl çəkməyəcək: "Fransa danışıqlarda praqmatik məsləhətçi olmaq istəyirsə, onda Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları, Bakının İrəvan qarşısında sərhəd delimitasiyasına dair qoyduğu tələbləri, Türkiyənin regiondakı artan hərbi-siyasi mövcudluğunu qəbul etməlidir. Danışıqlarda nəticələri buna uyğun qurmaq üçün Ermənistana təzyiqlər göstərməlidir. Azərbaycan öz tərəfdaşları ABŞ və Böyük Britaniya ilə Fransanın aqressivliyinə son qoyulması üçün çalışmalıdır. Bundan sonra Vaşinqton - London ikilisi Parisin Avropa İttifaqının vasitəçilik missiyasını zədələyən Parisə layiqli yerini göstərə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat