Avropa Şurasının prezidenti Antonio Kosta 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Avropa Şurasının prezidenti Antonio Kosta 7-8 iyul tarixlərində Ankaraya səfər edəcək, orada 7 iyulda NATO liderləri üçün işçi naharda iştirak edəcək və 8 iyulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
NATO-nun 7 iyulda keçiriləcək zirvə görüşü çərçivəsində keçiriləcək işçi naharda Avropa İttifaqı ilə NATO arasında Avropanın hərbiləşdirilməsinin maliyyələşdirilməsi üzrə əməkdaşlıq da daxil olmaqla, strateji məsələlər müzakirə olunacaq.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də dəvət olunub. İyulun 8-də bloka üzv dövlətlərin konkret hərbi öhdəliklərini müzakirə etmək üçün 32 NATO ölkəsinin liderləri ilə məhdudlaşan plenar iclas keçiriləcək.