Avropa Şurasının anti-türk siyasəti: Bunun əsası 100 il əvvəl qoyulub
Turan
10:44 07.02.2020
Siyasət
773
“Avropa Şurasının siyasi fəlsəfəsinin bir xüsusiyyəti var. Bu xüsusiyyət türk-müsəlman ölkələrinə qarşı ikili standartlarla çıxış etmək və qeyri-səmimi münasibət göstərməkdir”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, hansısa müstəvidə Avropa ölkələri Türkiyə ilə siyasi-hərbi müttəfiq olduqlarını iddia edirlər. Hətta müəyyən dövrlərdə Azərbaycanı özlərinə enerji partnyoru sayırlar:
“Lakin xristian Avropa Şurası hər zaman bölgənin kiçik etnik qruplarını dəstəkləyir və onlardan Azərbaycana, Türkiyəyə qarşı istifadə edirlər. Bu anti-türk siyasətinin əsası 100 il əvvəl qoyulub. O vaxt okeanın o tayından bizim ərazilərdə Ermənistan dövləti yaradılması tələbi irəli sürülüb və bunu reallaşdırmaq üçün əllərindən gələni ediblər. Əfsuslar olsun ki, yüz il sonra da Qərb ölkələrinin yanaşmasında müsbətə doğru dəyişiklik yoxdur. Avropa Şurasının Azərbaycan əleyhinə qətnamə hazırlaması, ancaq işğalçı Ermənistanla və Nikol Paşinyanın repressiyaları ilə bağlı bəyanat verilməməsi həqiqəti ortaya qoyur”.
Z.Məmmədovun sözlərinə görə, Qərb institutları öz mahiyyətini açıq-aşkar sərgiləyir:
“Prezident İlham Əliyevin uzaqgörənliyi odur ki, dövlət başçısı xarici siyasətdə kimin hansı simaya malik olduğunu yaxşı görür. Ona görə də Azərbaycanın xarici siyasəti milli maraqlara söykənir və optimal sayılır. Siyasi proseslər onu göstərir ki, Azərbaycanın yürütdüyü balanslı siyasət ən düzgünüdür. Münasibətlərin normallaşması üçün Avropa Şurasının təmsilçiləri ağı qaradan seçməyi bacarmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə