
Avropa Ukraynaya yardımları azaldacaq? - RƏY
05:47 14.11.2023
Siyasət
285
Necə deyərlər, üzüb-üzüb quyruğuna gəlmişkən, yarıda saxlamazlar “İndiki məqamda Ukraynanı darda qoyub aradan çıxmaq ciddi fəlakətlərə yol açar”
Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məsələsində çətinliklər var. Bu barədə “Blomberg” məlumat yayıb. Bildirilib ki, Brüssel Ukraynaya artilleriya mərmilərinin tədarükü ilə bağlı problemlər yaşayır: “Görünür, qurum martın sonuna qədər Kiyevə 1 milyon artilleriya mərmisi göndərmək vədini yerinə yetirməyəcək”. Həmçinin qeyd olunub ki, davamlı yardım vədlərinə baxmayaraq, Aİ müxtəlif maliyyə paketləri üzərində razılığa gəlməkdə çətinlik çəkir: “Bundan başqa, Rusiyaya qarşı sanksiyaların tətbiqi təxirə salınıb”. Məlumata görə, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasında bu məsələləri qaldıracaq. "Tayms" nəşri də məlumat yayıb ki, Qərb Ukrayna xüsusi xidmət orqanlarının Rusiyadakı ölümcül əməliyyatlarından getdikcə daha çox narazıdır. Nəşr vurğulayıb ki, Ukraynanın təkcə hərbi deyil, həm də siyasi hədəfləri bombalamaq və öldürmək yolu ilə müharibəni Rusiya ərazisinə köçürmək strategiyasına görə Ukrayna ilə Qərb tərəfdaşları arasında gərginlik artır: "Qərb qorxur ki, bu, Putinin müharibənin davam etdirilməsi zərurəti ilə bağlı arqumentlərini daha da artıracaq. Üstəlik, Moskva hələ də inanır ki, ukraynalılar Qərbin onlara dediyini edirlər. Ona görə də Kreml Ukrayna hücumlarını Qərbin dolayı hücumları kimi qəbul edə bilər ki, bu da birbaşa Qərbə qarşı cavab zərbəsi riski daşıyır". NATO-nun Avropadakı müttəfiq qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis isə iddia edib ki, Kiyev itirilmiş bölgələri, heç olmasa, müvəqqəti olaraq Rusiya ərazisi kimi tanımalı olacaq. O, Ukraynadakı münaqişənin Koreya yarımadasındakı müharibə kimi sona çatacağına dair işarələrin getdikcə artdığını söyləyib: "Ötən əsrin ortalarında Cənubi Koreya ilə olduğu kimi, Ukrayna da hazırda qələbə qazanmaq üçün kifayət qədər güclü deyil. Kiyev itirilmiş bölgələri müvəqqəti olaraq Rusiya ərazisi kimi tanımalı olacaq. Qərb dövlətləri bəyan edəcəklər ki, Rusiyaya bir qarış torpaq da vermək olmaz, Ukrayna isə ərazi güzəştinə getmək istəməz. Lakin Moskva onsuz da buna razı olmayacaq. Belə olan halda, Rusiya hökuməti Ukraynada müharibədən zərər görmüş və böyük miqyasda minalarla çirklənmiş cənub-şərq bölgələrini alacaq ki, bu da elə də dəyərli mükafat sayılmaz". Stavridis Qərb ölkələrinin Kiyevə F-16 döyüş təyyarələri bağışlamasının vəziyyəti ciddi şəkildə dəyişməyəcəyini də əlavə edib.
Politoloq Qabil Hüseynli "Sherg.az"a bildirib ki, Qərbin Ukraynaya dəstək verməkdən, yardım göstərməkdən yorulduğuna dair tendensiya mövcuddur. Lakin analitik hesab edir ki, "yorulan" ölkələr əsasən inkişaf etməkdə olan bəzi Mərkəzi və Şərqi Avropa ölkələridir:

"Avropanın aparıcı ölkələri sonadək Ukraynaya dəstək verəcəklərini, Rusiyanın qarşısında olacaqlarını deyiblər. Məsələn, Almaniya və Fransa Kiyevə maddi və hərbi yardımları artıracaqlarını açıqlayıblar. Konqresdən keçərsə, ABŞ-nin Ukrayna üçün nəzərdə tutduğu dəstək paketi də kifayət qədər böyük və əhəmiyyətli olacaq. Ancaq Polşa, Slovakiya və s. ölkələr Ukraynaya yardım məsələsində deyinməyə başlayıblar. Həmin dövlətlər yardımdan sui-istifadə edildiyinə dair iddialar da səsləndirirlər. Amma bu cür iddialarla bağlı tutarlı faktlar mövcud deyil. İnanmıram ki, Avropa ölkələri Ukraynaya yardımları ciddi şəkildə azaltsınlar. Necə deyərlər, üzüb-üzüb quyruğuna gəlmişkən, yarıda saxlamazlar. İndiki məqamda Ukraynanı darda qoyub aradan çıxmaq ciddi fəlakətlərə yol açar. Yəqin ki, Qərb dövlətləri buna getməyəcəklər. Sadəcə, görünür, yeni yanaşma tərzinin formalaşmasına ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm