Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler
19:47 18.04.2024
Siyasət
433
Məndən xahiş olunub ki, Azərbaycanla bağlı həll yolu tapmaq üçün Nazirlər Komitəsinin nə edəcəyi barədə ətraflı məlumat verim. Bir daha vurğulamaq istərdim ki, əsas məqsədimiz ümumi ideyalarımızı qorumaq və təbliğ etmək üçün birliyi gücləndirməkdir. Xüsusilə də Avropa Şurasının 75 illik yubileyi üçün simvolik olaraq vurğulayaq ki, Şura Avropada insan hüquqlarının üstünlüyünü, demokratiyanı və hüquqi dövləti təşviq etmək üçün 46 üzv dövlətin hökumətləri və parlamentləri arasında çoxtərəfli əməkdaşlıq üçün unikal platforma təklif edir.
Axar.az xəbər verir ki, bu fikirləri qurumun Nazirlər Komitənin sədri, Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışında deyib.
Bildirib ki, Azərbaycan 2001-ci ildə üzv olduqdan sonra demokratik keçid prosesində Avropa Şurasının dəstəyindən yararlanıb. Həmçinin Avropa Şurası da Azərbaycanın dəyərlərinin təbliğinə və təsirinin artırılmasına verdiyi töhfədən bəhrələnib. Bu, zaman baxımından məhdud olmayan və şübhəsiz ki, yarımçıq qalan qarşılıqlı faydalı əməkdaşlıqdır.
Azərbaycanın quruma verdiyi töhfələri, nümayəndə heyətinin təşkilatdakı layiqli yerinə tezliklə qayıtmasına ümidvarlığını vurğulayan Dominik Hasler qeyd edib:
“Düşünürəm ki, bir-birimizə ehtiyacımız var. Ümid edirəm, Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq ki, bizi birləşdirən dəyərlərin qorunması naminə əməkdaşlıq və dialoq davam etsin. Mən Avropa Şurasının 75 il ərzində gördüyü nəhəng işi davam etdirmək imkanı vermək üçün ən məqbul həll yollarını təşviq etməyə hazıram və Parlament Assambleyasına, Nazirlər Komitəsinə, Baş katibə üçtərəfli görüş zamanı gözəl əməkdaşlığa görə bir daha təşəkkür etmək istəyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi