Azərbaycan-Ermənistan nümayəndələri bu ay Moskvaya toplaşır - Nələr gözlənilir?
Yusif Nəzərli
16:44 24.08.2022
Siyasət
413
İrəvan hökumətinin bu dəfə sərhədlərin demarkasiyası məsələsinə daha ciddi yanaşacağı gözlənilir
“Uzun müddət əsəb müharibəsini davam etdirməyə çalışan rəsmi İrəvan ənənəvi ritorikasını dəyişmək məcburiyyətində qalıb”.Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli "Sherg.az"a deyib. Analitik bildirib ki, Baş nazir Nikol Paşinyanın ölkəsinin müstəqilliyi haqqında bəyannamənin qəbul edilməsinin ildönümü ilə bağlı təbrik müraciətində yer alan etiraflarından sonra müavini Mqer Qriqoryan da dilə gəlib: “O, sərhədlərin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın nümayəndələrinin avqust ayında, yəni yaxın günlərdə Moskvada bir araya gələcəyini bildirib. Öncə Nikol Paşinyanın müraciətində yer alan və diqqətimi çəkən məqamlara toxunmaq istəyirəm. Nikol deyir ki, “müstəqillik qonşularla münasibətlərin tənzimlənməsidir. Baxmayaraq ki, bəzi qonşularımızla əla münasibətlərimiz var, bəziləriylə isə nəzərə çarpan irəliləyiş yoxdur. Ona görə ki, onlar bizdən həddən artıq çox şey istəyirlər, yaxud elə hesab edirlər ki, biz çox şey istəyirik”. Daha sonra Paşinyan Bibliya əfsanəsindən misal gətirərək, hazırda asılı vəziyyətdə olduqlarını etiraf edir və bildirir ki, “əgər müstəqil olsaq müstəqilliyimiz də olacaq”. Nikolun müraciətindən iqtibas gətirdiyim fikirləri ardıcıllığa uyğun olaraq, ümumiləşdirsək, qənaətimə görə, onun Ermənistan cəmiyyətinə vermək istədiyi mesajlar bunlardır. Birincisi, Ermənistan qonşularla münasibətlərini tənzimləyə bilmədiyinə görə müstəqil deyil və bu vəziyyət davam edəcəyi təqdirdə, heç zaman müstəqil olmayacaq. İkincisi isə Nikolun “qonşular bizdən çox şey istəyir” sözləri çox güman ki, “qonşulara elə gəlir ki, biz çox şey istəyirik” fikirlərinin həzm etdirilməsinə xidmət edir. Bu o deməkdir ki, qonşuları, indiki şəraitdə Azərbaycan və Türkiyəni ermənilərin çox şey istəmədiyinə əmin etmədən münasibətlər tənzimlənməyəcək. Təbii ki, Paşinyanın daha öncə nümunə gətirdiyim tezisində qeyd olunduğu kimi Ermənistan da müstəqil olmayacaq”.
E.Mirzəbəyliyə görə, Nikol Paşinyanın “əgər müstəqil olsaq, müstəqilliyimiz də olacaq” tezisi isə bir neçə başlıdır: “Çünki Ermənistanın uzun illərdən bəri yürüdülən siyasət nəticəsində situasiyanın girovuna çevrildiyini ifadə edir. Həm də çox güman ki, Rusiyanı hədəfə alır. Paşinyanın müraciətində “müttəfiqlik”lə bağlı ifadə olunan məqamlar da dolayısıyla bu “hədəfə” işarə edir. Nikol müraciətində yazır: “Müstəqillik bizim üçün həm də möhkəm müttəfiqlik münasibətləridir. Amma müttəfiqlər həmişə yalnız bizim üçün müttəfiq olmurlar, bizə qarşı olanlarla da müttəfiqlik edirlər”. Göründüyü kimi Ermənistanın baş naziri Rusiyanın həm də Azərbaycanla müttəfiqlik, Türkiyə ilə tərəfdaşlıq münasibətlərinə diqqət çəkir. Demək istəyir ki, Ermənistanın mövcud reallıqları qəbul etməkdən, qonşularla münasibətləri tənzimləməkdən, iddialarından əl çəkməkdən başqa yolu yoxdur”.
Ekspertə görə, Ermənistanın müstəqilliyi hazırda kənar faktorlardan asılıdır: “Rəsmi İrəvanın “Zəngəzur dəhlizi” ilə bağlı praktiki addımlar sərgilədiyini nümayiş etdirən bəzi faktları və Mqer Qriqoryanın sərhədlərin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın nümayəndələrinin gözlənilən görüşü ilə bağlı açıqlamasını da nəzərə alsaq, Nikol Paşinyanın müstəqillik bəyannaməsinin 32-ci illiyi ilə bağlı müraciətini psixoloji kapitulyasiya aktı kimi də qəbul etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə