Azərbaycan ilə Avstriya arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın tərkibində dəyişiklik edilib.
Sherg.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri siyahıdan çıxarılıb, əvəzinə onun müavini daxil edilib.

Bundan başqa, komissiyanın tərkibinə mədəniyyət nazirinin müavini, Dövlət Turizm Agentliyi sədrinin müavini daxil olunub, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti isə siyahıdan çıxarılıb.