Azərbaycan tərəfinin tələbləri aydındır, haqlıdır
Yusif Nəzərli
04:30 21.12.2022
Siyasət
483
Laçın-Xankəndi yolundakı aksiya tariximizə qızıl hərflərlə yazılacaq
"Avropa İttifaqı başa düşməlidir ki, onlar üçün təbii qaz və yaşıl enerji nə qədər vacib və müqəddəsdirsə, bizim üçün də Qarabağdakı təbii sərvətlərimiz bir o qədər strateji və müqəddəsdir". Bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov deyib. Deputat bildirib ki, Avropa İttifaqı ölkələri evlərini isti saxlamaq, hakimiyyətlərini qorumaq üçün Azərbaycanla münasibətlərini də isti saxlamalı, bütün haqlı siyasi məqamları nəzərə almalıdır:
"Ona görə biz də Avropa İttifaqından müdrik addımlar, soyuq başla qərar vermələrini gözləyirik. Onların bizim ekoloji aktivistlərin çağırışlarına qoşulmasını gözləyirik. Bu gün hər birimizin ürəyi Laçın-Xankəndi yolundakı ekoloji aktivistlər, vətəndaş cəmiyyəti nümayəndələrinin ürəyi ilə döyünür.
Hər birimiz axşam yatanda, sübh tezdən qalxanda birinci növbədə Laçın-Xankəndi yolundakı vəziyyətlə maraqlanır, gözləyirik ki, bizim haqlı tələblərimiz yerinə yetirilib, ya yox. Burada müzakirə etmək üçün çox məsələ var. Ancaq ən mühüm olan nəticə ondan ibarətdir ki, bu aksiya Azərbaycan xalqının hər bir fərdi tərəfindən dəstəklənir. Bu birlik bütün dünya dövlətləri tərəfindən diqqətlə müşahidə edilir".
K.Cəfərov vurğulayıb ki, aksiya Azərbaycanın tarixinə mizə qızıl hərflərlə yazılacaq:
"Aksiyanın sonlanması üçün Azərbaycan tərəfinin tələbləri aydındır, haqlıdır. Bu barədə hər birimizin məlumatı var. Ancaq hesab edirəm ki, Xankəndidəki vətəndaşlarımız hesab etdiyimiz ermənilər özlərini Azərbaycan vətəndaşı kimi aparmalı, Ruben Vardanyanı Xankəndidən özləri qovmalıdır.
Onlardan siyasi və korrupsioner maraqlar üçün istifadə edilməsinə imkan verməməlidirlər. Onsuz da biz özümüz buna nail olacağıq.
Rusiya sülhməramlıları qanunsuz erməni dəstələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Bu, onların öhdəliyidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi