Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
15:23 13.12.2022
Siyasət
508
Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin iclasında iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, iclasda dekabrın 14-də baş tutacaq Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşündə müxtəlif sahələr üzrə, o cümlədən energetika, ticarət, gömrük, nəqliyyat, təhsil və mədəniyyət sahələri üzrə qəbul olunacaq sənədlər, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov dekabrın 14-də keçiriləcək Azərbaycan-Türkiyə-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün ölkələrimiz arasında üçtərəfli dialoqun inkişafında mühüm rol oynayacağını bildirib. Üç dövlət arasında beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafı məmnunluqla qeyd edilib.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının bölgənin nəqliyyat və tranzit potensialından tam istifadə olunmasına, eyni zamanda Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə töhfə verəcəyinə dair inam ifadə edilib. Bu xüsusda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyi amilinin aktuallığının artmasının ölkələrimiz arasında bu sahədə səylərin gücləndirilməsinin vacibliyinə dəlalət etdiyi bildirilib.
Nazir həmçinin Azərbaycan tərəfindən 30 illik işğalın nəticələrinin aradan qaldırılması, habelə öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz geri qayıdışının təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Bu xüsusda, mina təhlükəsinin regionda aparılan bərpa və quruculuq işlərinə, o cümlədən sülh gündəliyinin irəli aparılmasına ciddi əngəl törətdiyi bildirilib.
Daha sonra digər ölkələrin xarici işlər nazirləri çıxış edərək üçtərəfli tərəfdaşlığın perspektivləri barədə danışıblar.
16:47
Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin - müvafiq olaraq Ceyhun Bayramov, Mövlud Çavuşoğlu və Rəşid Meredov - görüşü başlayıb.
Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Görüş Türkmənistanın Avaza şəhərində keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi