Azərbaycan və Qazaxıstan Baş nazirləri qəzada həlak olanların nəşlərinin gətirilməsini müzakirə edib
09:28 26.12.2024
Siyasət
350
Dekabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov arasında növbəti telefon danışığı baş tutub.
APA xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hökumət başçıları ötən gün baş vermiş təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Əli Əsədov qəza baş verdikdən dərhal sonra axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib.
Bektenov bu gün Azərbaycanın Astanadakı səfirliyini ziyarət etdiyini, qəza nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdiyini, səfirlikdə açılan xatirə kitabında qeyd qoyduğunu bildirib.
Telefon danışığı zamanı qəza nəticəsində xəsarət alanlara və yaralananlara Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən yüksək koordinasiya şəraitində təxirəsalınmaz yardım göstərilməsi, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin cəsədlərinin ölkəmizə gətirilməsi, həmçinin hadisə ilə bağlı bir sıra digər çevik cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı cinayət işi üzrə birgə aparılan istintaqın gedişi müzakirə olunub.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi