Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb - YENİLƏNİB
Yusif Nəzərli
05:30 18.09.2024
Siyasət
379
Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin bu gün Kəlbəcərə səfəri başlayıb.
APA xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.
***
Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri sentyabrın 18-də Kəlbəcərə səfər edəcək.
APA xəbər verir ki, Prezident İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçiriləcək.
Səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edəcək.
Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou