Azərbaycanda da nazirlərin maaşı azaldıla bilərmi? – “Bu təkcə iqtisadi məsələ deyil”
Banuçiçək Kalbalıyeva
12:55 05.02.2020
Siyasət
843
Ukraynanın baş naziri Aleksey Qonçaruk bəyan edib ki, nazirlərin və onların müavinlərinin maaşları ölkədəki orta aylıq əməkhaqqına bərabər tutulacaq.
"Biz razılaşdıq ki, nazirin, nazirin müavininin, digər yüksəkvəzifəli məmurların maaşı ölkədəki orta əməkhaqları ilə eyni olsun. Nazirlərlə müavinlərinin maaşları orta əməkhaqqının 3-5 misli həddindədir. 200-400 faizlik mükafatları da dayandırmaq lazımdır, maksimal mükafat bir əməkhaqqı məbləğindən artıq olmamalıdır", - deyə o, bildirib. Ukraynadakı bu tətbiq Azərbaycanda da mümkündürmü?
İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, bu məsələ təkcə iqtisadi amillərlə bağlı deyil:
“Ukrayna baş nazirinin səsləndirdiyi model əslində bütün müasir cəmiyyətlərdə olmalıdır. Amma bu iqtisadi məsələ deyil. Həmçinin sosiologiya, ictimai fikir də maaşların tənzimlənməsində mühüm rol oynayır. Ümumiyyətlə istənilən cəmiyyətdə fərdin gəliri onun xərclərini ödəməlidir. Başqa sözlə desək, gəlir xərci üstələməlidir. Əks təqdirdə isə həmin cəmiyyətin inkişafı sual altındadır. Əgər nazirlərlə digər peşə sahiblərinin maaşları arasında əlli faiz fərq olsa bu, sosial rifah naminə çox böyük addım olar”.
Ekspertin fikrincə, ölkəmizdə bu modelin tətbiq olunması üçün şərait var. Sadəcə düzgün işləmək və gətirilən bəhanələrdən əl çəkmək lazımdır:
“Azərbaycan qüdrətli ölkədir. Məmurlarla digərlər peşə sahibləri arasında, məsələn müəllim, həkim və.s –nin əməkhaqqları arasındakı fərqi azaltmaq üçün imkanlarımız var. Bunun üçün xərclər hesablanmalı və ona adekvat maaş təyin olunmalıdır. Bunun mümkün olmadığını əsaslandırmaq üçün müxtəlif bəhanələr göstərilə bilər. Lakin hamı, xüsusilə də iqtisadçılar yaxşı bilirlər ki, nə qədər çətinlik varsa, o qədər də çıxış yolu var. Əslində bu məsələ həmişə dövlətin nəzarətində olub. Məncə, məsələni bir az da tezləşdirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə