Azərbaycanlı deputat məruzə mətninə etiraz edib - FOTO
10:19 14.11.2023
Siyasət
358
Avronest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsi və İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Aİ siyasətinə uyğunlaşmaq üzrə komitəsinin birgə iclasında Aİ və Şərq Tərəfdaşlığı regionunda müharibə bölgəsində yaşayan yetkinlik yaşına çatmayanlara sosial dəstək və onların inteqrasiyası ilə bağlı məruzə müzakirə olunub.
APA-nın xəbərinə görə, Martina Mişel və Maria Karapetyanın hazırladığı məruzədə Azərbaycanın inzibati ərazi vahidlərinin yanlış olaraq təqdim edilməsinə nümayəndə heyətimizin üzvü Soltan Məmmədov etirazını bildirib.
O qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati rayon yoxdur, Qarabağ iqtisadi rayonu var. Azərbaycan mütəmadi olaraq bütün beynəlxalq təşkilatlara ölkənin inzibati ərazi vahidlərinin adları barədə məlumat verir. Deputat vurğulayıb ki, sentyabrın 19-da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində qeyri-qanuni fəaliyyət göstərən erməni hərbi birləşmələrinin ciddi təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün antiterror tədbirləri həyata keçirilib:
“Əminəm ki, dünyada ağır silahlarla təchiz edilmiş qeyri-qanuni hərbi qüvvələrin öz ərazisində olmasına dözə biləcək heç bir ölkə yoxdur. Məhz Azərbaycan 30 il ərzində 20 faiz ərazisinin işğalı ilə üzləşib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasından və ölkəmin ərazi bütövlüyünün bərpasından sonra Azərbaycan regionda sülhə çağırır”.
Soltan Məmmədov məruzə layihəsində Laçın yolunun doqquz ay blokadada saxlanılması və Qarabağda keçirilən antiterror tədbirləri ilə bağlı sənəddə əksini tapmış əsassız qeydlərə də etirazını ifadə edib. Deputat vurğulayıb ki, Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməniəsilli şəxslərin məcburi köçkün və ya qaçqın adlandırılması doğru deyil.
“Məruzədə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli BMT Konvensiyasına istinad var. Azərbaycanın Qarabağ bölgəsini tərk edənlərin hamısının Ermənistan vətəndaşlığı var və onların üçdəbiri 1990-cı ildə bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılıb ki, bu da Cenevrə Konvensiyasının 49-cu bəndinin tamamilə pozulmasıdır. Bundan əlavə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi və BMT-nin işğaldan azad edilmiş ərazilərdəki iki missiyası heç bir pis rəftar halının qeydə alınmadığını və heç kim təzyiqə məruz qalma hallarının olmadığını təsdiqləyib”.
Deputat qeyd edib ki, Ermənistan iki il yarıma yaxın Laçın yolundan qanunsuz və hərbi məqsədlər üçün sui-istifadə edib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalandığını və nəticədə yüzlərlə insanın zərər çəkdiyini diqqətə çatdırıb. Minalarla bağlı problemin məruzə layihəsində əks olunmasını, eləcə də, beynəlxalq ictimaiyyətə bu problemin həlli üçün çağırış edilməsini təklif edib.
Soltan Məmmədov məruzə layihəsində azərbaycanlı məcburi köçkünlərlə bağlı rəqəmlərin göstərildiyi, lakin bu insanların niyə məcburi köçkünə çevrildiyinin səbəblərinin əksini tapmadığını bildirib. Eyni zamanda, 1988-89-cu illərdə Ermənistan ərazisindən qovulmuş 250 mindən çox azərbaycanlı qaçqınlar haqqında məlumatın da məruzəyə daxil edilməsinin vacib olduğunu qeyd edib.
Deputat bildirib ki, Azərbaycan dövləti erməni sakinlərin digər vətəndaşları ilə bərabər hüquqlarını təmin etməklə inteqrasiyası üçün sosial, iqtisadi, təhlükəsizlik, idarəetmə və digər sahələrdə addımları əks etdirən hərtərəfli reinteqrasiya planı hazırlayıb:
“Azərbaycanın sülh prosesinə sadiqliyi güclüdür və bu 2020-ci ilin noyabrından atdığımız ardıcıl addımlarla sübut olunub. Bizim suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz də eyni dərəcədə möhkəm və qətiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm