Bağlar möhkəmlənəcək
Turan
06:23 05.06.2021
Siyasət
9024
İki qardaş ölkə milli ideologiyanın inkişafında maraqlıdır
AKP ilə YAP arasında əməkdaşlığın dərinləşməsi hər iki ölkənin mənafelərinə xidmət edir
Məlum olduğu kimi hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfər çərçivəsində YAP-la Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin ilk görüşü AKP sədrinin müavini, sabiq baş nazir Binəli Yıldırımla olub. AKP-nin mərkəzi qərargahında dostluq və səmimilik şəraitində keçirilən görüşdə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə iki partiya srasında əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələrlə bağlı ümumi razılıq əldə edilib. Sonrakı gün YAP-ın nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib. Görüşdə diqqətə çatdırılıb ki, dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf etməkdədir.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə münasibətləri tayı-bərabəri olmayan dostluq və qardaşlıq prinsipləri üzərinə qurulub. Deputatın sözlərinə görə, Azərbaycan-Türkiyə dostluğuna bənzər ikinci nümunə dünyada yoxdur:
“Türkiyə ilə bütün sahələrdə ən yüksək səviyyədə əməkdaşlığımız, əlaqəmiz var. Sadəcə, siyasi-iqtisadi və mədəni deyil, həyatın bütün sferalarında ikili əməkdaşlığımız mövcuddur. Bildiyiniz kimi, mart ayında Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Qurultayda ölkə Prezidenti partiya qarşısında yeni vəzifələr qoydu, mühüm tapşırıqlar verdi. Dövlət başçısının təlimatlarına əsasən, Vətən müharibəsindən sonra ölkəmizdə və regionda yaranmış yeni reallıqlara uyğunlaşma prosesi gedir. Cənubi Qafqazın ən böyük siyasi təşkilatı sayılan YAP-ın qardaş ölkənin hakim partiyası ilə əməkdaşlığı dərinləşdirməsi hər iki ölkənin mənafelərinə xidmət edir və müstəsna əhəmiyyət daşıyır. Səfər zamanı mühüm görüşlər keçirildi və AKP ilə niyyət protokolu imzalandı. Bu protokolda milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənib hazırlanması perspektivləri, QHT və media qurumları ilə əməkdaşlıq məsələləri nəzərdə tutulur. Bundan sonrakı mərhələdə partiyalararası münasibətlər iki qardaş ölkə arasındakı bağları bir qədər də möhkəmləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
12:47 19.09.2026
İqtisadiyyat
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya