Bakı Təşəbbüs Qrupu: Fransa hökuməti Ceymsin ölüm faktını ört-basdır edib
11:06 05.09.2025
Siyasət
273
Sentyabrın 3-də Fransanın "Le Monde" nəşrində “2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm" adlı məqalə dərc edilib.
Teleqraf-ın xəbərinə görə, məqalədə qeyd edilir ki, 2024-cü il 13 may tarixində Kanakinin (Yeni Kaledoniya) paytaxti Numea şəhərində yerləşən Kamp-Est penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş verir. Hadisə zamanı, təxminən 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi, məhkumlar tərəfindən girov götürülür və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılır. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilir.
Aparılan istintaqın nəticələri göstərir ki, baş verən hadisələr zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc Kanak əsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalmış və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat etmişdir. Əldə olunan məlumatlara əsasən, Ceyms baş vermiş üsyanda iştirak etməmiş, hadisələr zamanı öz kamerasında qalmışdır. Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı Ceyms döyülmüş, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalmışdır. Bundan əlavə, Ceymsə və digər yaralı məhkumlara lazımi tibbi yardım göstərilməmişdir.
Məhkumların ifadələrinə əsasən, Ceymsin səsi son günlər ərzində xeyli zəifləmiş, daha sonra isə tamamilə kəsilmişdir. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmış, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmamışdır. Ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Numea Respublika Prokurorluğu baş vermiş hadisə ilə əlaqədar istintaq hərəkətləri başlandığını təsdiqləmişdir. Hazırda məhkəmə-tibbi ekspertiza və digər müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ceymsin vəfatı ilə 2024-cü ilin may ayında baş vermiş hadisələr nəticəsində həyatını itirənlərin rəsmi sayı 15-ə çatıb.
Qeyd: Kamp-Est həbsxanası uzun illərdir ağır saxlanma şəraiti, normadan artıq məhkum sayı və məhkumlara qarşı zorakılıq halları ilə əlaqədar ciddi ictimai və hüquqi tənqidlərin obyektinə çevrilmişdir. Tibbi xidmətlər əlçatanlığın olmaması, xüsusilə gənc məhkumlarla qeyri-insani rəftar edilməsi və zorakılıq halları müəssisənin əsas problemləri sırasındadır. Məhz bu səbəbdən, Kamp-Est həbsxanasının əsaslı şəkildə yenidən qurulması və şəraitin humanist prinsiplərə uyğunlaşdırılması Bujival razılaşmasının əsas müddəalarına əlavə edilmişdir.
Ceymsin ölümü ilə bağlı, onun ailəsi və vəkili tərəfindən mülki qaydada üç fərqli iddia qaldırılmışdır. Hüquq müdafiəçiləri baş vermiş hadisə ilə əlaqədar olaraq dövlət rəsmilərini, xüsusilə də xüsusilə hüquq mühafizə orqanlarını vəzifə səlahiyyətlərini aşmaqda və fiziki zorakılıq tətbiq etməkdə ittiham edirlər.
"Le Monde" qəzetinin yaydığı məlumatlara əsasən, Ceymsin ölümü rəsmi statistikalarda qeyd olunmamışdır.
Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin bu ölüm faktını gizlətməsini bir neçə amillə izah edir:
Əvvəla, onun ölümü birbaşa küçə iğtişaşları zamanı deyil, Kamp-Est həbsxanasında baş vermişdir. Bu, hadisənin birbaşa rəsmiləşdirilməmiş və qeyri-rəsmi ölüm halı kimi dəyərləndirilməsinə zəmin yaratmışdır.
İkincisi, ölüm səbəbi ilə bağlı məhkəmə araşdırmasının vəziyyəti və ekspertiza nəticələri ictimaiyyətə təqdim olunmamışdır. Bu hal günahkarların məsuliyyətə cəlb olunmasını süni şəkildə uzadır.
Üçüncüsü, iğtişaşlar zamanı həbsxanada mövcud olan videomüşahidə kameralarının məhv edilməsi nəticəsində hadisəyə dair vizual sübutlar məhv edilmişdir. Bu da araşdırmanın ləngiməsinə səbəb olmuşdur.
Nəticədə Ceymsin faciəli ölümü rəsmi statistikalarda əks olunmayıb, ictimaiyyətdən gizlədilib.
Bakı Təşəbbüs Qrupu bu qətili pisləyən və qınayan açıqlama yaymışdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm
Bakıda küçədə səs-küy salan qadın həbs edildi
13:41 19.12.2025
Hadisə
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir
13:40 19.12.2025
Sağlamlıq
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
13:38 19.12.2025
Gündəm