Bakıda Şimali Kiprin müstəqilliyinin 40-cı ili qeyd olunub
Yusif Sultanoğlu
16:16 13.11.2023
Siyasət
358
Bakıda Şimali Kipr Respublikasının müstəqilliyinin 40-cı il dönümü qeyd olunub.
APA xəbər verir ki, tədbirdə Şimali Kiprin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxış edib.
"Türk dünyasının heç bir ölkəsi işğalla, əsarətlə barışmayıb. Azərbaycan da, Şimali Kipr də belə ölkələrdəndir", - o deyib.
Xanım Turgener Azərbaycan xalqını və dövlətini ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib. O, Azərbaycan və Şimali Kipr Respublikası arasında doğma münasibətlərin olduğunu vurğulayıb.
O, çıxışında ökəsinin müstəqillik tarixindən və inkişafdan danışaraq deyib ki, Şimali Kipr Respublikası inkişaf edir.
Ufuk Turgener bildirib ki, onun ölkəsi hər zaman Türkiyənin dəstəyini hiss edir və bunu yüksək qiymətləndirir.
Şimali Kipr Prezidenti Ersin Tatarın oktyabr ayında Azərbaycana səfərini xatırladan Nümayəndəliyin rəhbəri iki ölkə arasında əməkdaşlığın şaxələnməsi üçün imkanların mövcudluğunu vurğulayıb.
Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da çıxış edib.
O deyib ki, Azərbaycan və Şimali Kipr Respublikası arasında geniş əlaqələr mövcuddur.
"Siyasi əlaqələrimiz də günü-gündən inkişaf edir. Azərbaycan Şimali Kipri dəstəkləyir. Ölkənin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv seçilməsi tarixi hadisədir və bu, hamımızı qürurlandırır", -deyə S.Seyidov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm