Baş prokurorun müavini: "Qanunsuz erməni silahlı birləşmə üzvlərinin məsuliyyətə cəlbi üçün mühüm işlər görülüb"
Yusif Nəzərli
08:11 07.12.2022
Siyasət
775
“Təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətli işlər görülüb”.
“Report”un xəbərinə görə, bunu Baş prokurorun müavini Heydər Məmmədov “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 30 il öz doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, eləcə də erməni vandalları tərəfindən dağıdılmış tarixi-mədəni, dini abidələrimizin qiymətləndirilməsi, ümumilikdə işğal nəticəsində respublikamıza vurulmuş ziyanın hesablanması, eyni zamanda təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətli işlər görülüb.
H.Məmmədov bildirib ki, son iki il yarımdan artıq müddət ərzində Baş prokuror Kamran Əliyevin peşəkar rəhbərliyi ilə prokurorluqda aparılan müasir dövrün tələblərinə, vətəndaşlarımızın hüquqlarının qorunmasına yönələn geniş miqyaslı islahatlar nəticəsində prokurorluq cinayət təqibinin həyata keçirilməsi zamanı insanların hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb: “Aparılan islahatlar nəticəsində prokurorluq cinayət təqibindən kənar sahədə də insanların hüquqlarının qorunması fəaliyyətini uğurla həyata keçirməkdədir. Belə ki, islahatlar çərçivəsində yaradılan Cinayət təqibindən kənar icraatlar idarəsinin uğurlu fəaliyyəti nəticəsində vətəndaşlarımızın inzibati sahədə pozulmuş hüquqlarının müdafiəsi təmin edilməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət