
“Bayraktar” Rusiyaya tədarük olunmayacaq - NİYƏ?
Yusif Nəzərli
11:51 27.08.2022
Siyasət
1373
Türkiyə dövlətinin qərarı təbii qarşılanmalıdır
"Bəlkə də, ruslar PUA-ların alışı zamanı onun sirlərini də istəyiblər. Türklər isə bundan ehtiyatlanaraq, satışdan imtina edib."
Türkiyənin “Baykar” şirkəti özünün “Bayraktar” hərbi pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünü mümkün hesab etmir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu "Baykar"ın baş direktoru Haluk Bayraktar BBC-nin rus xidmətində dərc olunan müsahibəsində bildirib.
Bayraktar qeyd edib ki, onun şirkəti tamamilə Ukraynanın tərəfindədir və təklif olunan məbləğdən asılı olmayaraq heç nə Ukrayna ilə əməkdaşlığa kölgə salmayacaq.
“Baykar” şirkətinin addımını “Sherg.az"a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki,“Baykar” şirkəti bu addımı Türkiyə dövlətinin razılığı ilə atmış ola bilər:

“Başqa dövlətlər də belə addımlar atır. İsrail də “Harop”u Ermənistana yox, Azərbaycana satır. Həmçinin “Bayraktar”ın bəzi hissələri Ukrayna zavodlarında istehsal olunur. Şirkət öz mənafelərini düşünərək belə addım atır.
Ruslar onların “Bayraktar”a ehtiyacları olmadıqlarını deyirdi. Bu barədə dəfələrlə rus mətbuatında yazılıb. Digər bir tərəfdən ola bilsin ki, ruslar PUA-ların alışı zamanı onun sirlərini də tələb ediblər. Türklər isə bundan ehtiyatlanıb, satışdan imtina etmiş ola bilər. Müxtəlif aspektlərdən baxmaq olar. Şirkətin bu qərarının Türkiyə-Rusiya münasibətlərinə ciddi təsiri ola biləcəyini düşünmürəm. Çünki Ukrayna müharibəsi fonunda rəsmi Ankara hər zaman Ukraynanı dəstəklədiyini bildirib. Amma Qərbin Rusiyaya qarşı sanksiyalarına da qatılmayıb. Çünki qardaş ölkə balanslı siyasət sürür və öz maraqlarını üstün tutur. Rusiya tərəfi də bunu təbii və normal qarşılayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm