Belarus Azərbaycana dost ölkə sayılır
Yusif Nəzərli
22:18 30.09.2021
Siyasət
553
Bu dövlətlə hərbi sahədə kadr və digər məsələlərdə əməkdaşlıq məqbuldur
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.
Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr edilib.
VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanın hərbi əməkdaşlıq məsələsində apardığı siyasətin uğuru Vətən müharibəsi zamanı özünü göstərib:
"Bizim düşmənlə müqayisədə texniki üstünlüyümüz qısamüddətli qalibiyyət savaşında təsdiqini tapdı. Hazırda Azərbaycan öz Silahlı Qüvvələrini dünya standartlarına uyğunlaşdırmasını, Türkiyə modelini əsas götürməsini bəyan edib. Eyni zamanda NATO ilə sıx əməkdaşlığımız da ortadadır və Azərbaycan bunu inkişaf etdirəcəyini bəyan edib. Amma hərbi əməkdaşlıq bir ölkə və bir tərəflə məhdudlaşa bilməz. Pakistan, İsrail kimi ölkələr də Azərbaycanın hərbi müttəfiqləridir. Belarus hərbi potensial baxımdan adıçəkilən ölkələr kimi cəlbedici olmasa da hər zaman ərazi bütövlüyümüz məsələsində birmənalı və qətiyyətli mövqe tutan ölkə kimi dostumuz sayılır. Bu baxımdan Belarusla hərbi sahədə kadr və digər məsələlərdə əməkdaşlıq məqbuldur. Amma heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas istiqaməti Türkiyə modeli olmalıdır".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol
Türkiyədə ölənlərin sayı 9-a çatdı
13:53 19.10.2026
Hadisə
Zaur Rzayevin səhhəti ağır olaraq qalır - RƏSMİ
13:28 19.10.2026
Şou