
Bəzi ölkələr BMT-nin gücsüzlüyündən əziyyət çəkirlər - ŞƏRH
06:37 14.11.2023
Siyasət
289
Geniş islahatlar aparılmalıdır Əks təqdirdə BMT sadəcə qlobal danışıqlar platformasından başqa bir funksiya daşımayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT və digər beynəlxalq təşkilatların fəaliyyətini tənqid atəşinə tutub. Ərdoğan BMT-ni daha funksional etmək və məhv olmaqdan xilas etmək üçün ciddi islahatlara ehtiyac olduğunu bildirib: "BMT-də islahatlar aparılmalı və onun ədalətsiz strukturu dəyişdirilməlidir. O, daha funksional olmalı və hətta sanksiyaların gücü də daxil olmaqla, çəkindirmə qabiliyyətinə malik olmalıdır. Bu, son nəticədə BMT-nin parçalanmasının və yoxa çıxmasının qarşısını almaq üçün lazımdır". Ərdoğan qeyd edib ki, Yaxın Şərq münaqişəsindən nümunə götürərək, hamı bir daha əmin oldu ki, BMT və digər beynəlxalq təşkilatlar fəaliyyət göstərmir və müsəlmanlar öldürüləndə kor olur: “Mən həmişə demişəm və bundan sonra da deyəcəyəm ki, dünya sistemi ədalətsizdir, beynəlxalq təşkilatlar gücün maraqlarına xidmət edir, dünya nizamını yalnız beş ölkənin maraqlarına uyğun istiqamətləndirirlər”.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, BMT-nin fəaliyyəti ilə bağlı çoxlu tənqidi çıxışlar var. Ekspertin sözlərinə görə, xüsusən Türkiyə Prezidenti R.T.Ərdoğan davamlı olaraq beynəlxalq təşkilatın fəaliyyətini tənqid atəşinə tutur:

"Ərdoğan Afrika ölkələri ilə, xüsusən inkişaf etməkdə olan dövlətlərlə münasibətlərin qurulması zamanı mütləq BMT-də islahatların zəruri olması məsələsini gündəmə gətirir. Çünki məhz inkişafda olan ölkələr BMT-nin gücsüzlüyündən əziyyət çəkirlər. Münaqişələr, böhranlar daha çox zəif ölkələrdə baş verir. Ancaq BMT belə zamanlarda heç bir təsir gücünə malik olmur. Təşkilat tərəfindən müxtəlif qətnamələr və bəyanatlar qəbul edilsə də, əhəmiyyətsiz, mənasız olur. O baxımdan təşkilatın təsirli olması üçün BMT-də mütləq islahatlar aparılmalıdır. Ələlxüsus, BMT-nin Təhlükəsizlik Şurasında dəyişikliklər baş verməlidir. 5 daimi üzvdən başqa digər üzvlər də toplantılara qatılmalıdır".
Analitik hesab edir ki, BMT-nin işlək mexanizmləri, yəni qəbul olunmuş qərarların icrasına nəzarət funksiyası yoxdur: "Mexanizm işlək olmalıdır ki, BMT-nin qəbul etdiyi qərarlar zamanında icra olunsun, ən azından nə vaxtsa həyata keçsin. Bu məqamlar geniş islahatlara tələbatı artırır. Əgər geniş islahatlar olmasza, BMT sadəcə qlobal danışıqlar platformasından başqa bir funksiya daşımayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm