“Biz özünü buraxan partiyalardan deyilik"
Yusif Nəzərli
06:32 27.04.2023
Siyasət
461
Əhməd Oruc: “5 mindən artıq üzv siyahısını yaxın dönəmdə müvafiq quruma təqdim edəcəyik”
“Siyasi partiyalar haqqında” qanunun qəbulundan xeyli vaxt keçsə də, məsələ müzakirə mövzusudur. Çünki yeni qanun siyasi partiyalar qarşısında yeni tələblər qoyub. Məsələn, partiyanın qeydiyyat proseduru ilə bağlı şərtlər əvvəlkinə nisbətdə kifayət qədər artırılıb. Əvvəlki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv bəs edirdisə, yeni qanunla bu tələb 5 dəfə artırılaraq 5 minə çatdırılıb və bunun üçün onlara 6 ay vaxt verilib. Partiyaların üzv sayı aşağı olacağı təqdirdə Ədliyyə Nazirliyi partiyaların ləğvi üçün məhkəməyə müraciət edə bilər. Tələblərin artması bir çox partiyaların rəsmi qeydiyyat üçün işlərə start verməsinə səbəb olub. Bəzi kiçik partiyalar isə çıxış yolunu öz fəaliyyətinə xitam verməkdə, yaxud başqa partiyalarla birləşməkdə görür. Mart ayının əvvəlindən başlayaraq partiyalar özünü buraxmağa başlayıb. Deyilənə görə, artıq 15 partiya fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Hazırlıq prosesi və partiyaların ləğvi məsələsini "Şərq"ə dəyərləndirən Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, partiya üzvlərinin sayının birdən-birə 5 dəfə artırılması anlaşılmaz idi. Partiya sədri bildirib ki, Azərbaycanda çoxpartiyalı sistem heç nəyə mane olmurdu:
"Üstəlik, hazırda ölkəmizdə milli birliyə, partiyaların vahid mövqedə çıxış etməsinə ehtiyac olduğu bir dönəmdə belə tələblərin gündəmə gəlməsi qəbuledilməz idi. Bunun nə məqsədlə edildiyi açığı, mənə bəlli deyil. Nəzərə alaq ki, yeni qanunun tələblərindən dolayı özünü buraxan partiyaların bəziləri təzə yaranmış təşkilatlar idi. Demək olar ki, hamısı qeydiyyatdan keçirilmiş və ofislər verilmişdi. Nə baş verdi ki, belə dəyişimə ehtiyac duyuldu? Azadlıq Partiyası hər şeyə rəğmən, qanunauyğun şəkildə üzvlərin siyahısını hazırlamaqla məşğuldur. Respublikanın müxtəlif bölgələrində təmsilçilərimiz bu işlə məşğuldur. 5 mindən artıq üzv siyahısını yaxın dönəmdə müvafiq quruma təqdim edəcəyik. Problem partiyaların təqdim etdikləri siyahının tanınıb-tanınmayacağı ilə bağlıdır. Ancaq bütün hallarda fəaliyyətimizi davam etdiririk. Əgər fəaliyyətimizi ləğv etsələr, məhkəmə yolu ilə hüquqlarımızı müdafiə edəcəyik. Biz özünü buraxan partiyalardan deyilik".
Ə.Oruc vurğulayıb ki, Azadlıq Partiyasi digər siyasi təşkilatlardan çox fərqlidir:
"Azərbaycanda bizim mövqeyi nümayiş etdirən ikinci partiya yoxdur. Biz siyasi proseslər zəminində meydana çıxmış və milli maraqlar uğrunda təşkilatıq. İndi meydandan çəkilməyimiz siyasi fərarilik kimi qiymətləndirilər, haqqımızda olan fikirlər alt-üst olar. Ona görə də fəaliyyətimizi bütün imkanlardan yararlanaraq davam etdirəcəyik. Həm də partiyamızın qeydiyyatdan keçməyi bizə nə verib ki?! Heç nə. Ləğv edilərsə, biz də partiya adından danışmarıq. Keçmiş Azadlıq Partiyasının sədri kimi, vətəndaş kimi danışaram. Çox güman ki, münasibətlər dəyişəndən sonra daha sərt danışacam".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə