
Böyük Qayıdış Azərbaycanın 5 milli prioritetindən biridir -Deputat
12:29 25.12.2024
Siyasət
725
Əhalinin təhlükəsiz və layiqli həyat səviyyəsinin təmini üçün ciddi addımlar atılıb
Orada (işğaldan azad edilmiş ərazilərdə - red.) həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq.
Bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında deyib.
“Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat”, - deyə dövlətimizin başçısı əlavə edib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a deyib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycanın 5 milli prioritetindən biridir:

"Dövlətimiz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışını Vətən müharibəsi və antiterror tədbirlərində qələbənin əbədiləşdirilməsini üçün təmin etməkdədir. Möhtərəm Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamında da ifadə olunduğu kimi, Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Lakin qayıdış özlüyündə sadə məsələ deyil. Həmçinin bu maliyyə imkanları ilə yanı sıra ikili standartların hökm sürdüyü geosiyasi situasiyada ciddi iradə və siyasi qətiyyət tələb edir. Çünki qayıdış yalnız fiziki dönüşdə ehtiva olunmur. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməli, layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Ümumiyyətlə ötən dövr ərzində qeyd olunan istiqamətdə kifayət qədər ciddi işlər görülüb. Yəni Şuşa, Xocalı, Laçın, Füzuli, Cəbrayıl şəhərlərinə, Laçının Zabux və Sus, Zəngilanın Ağalı, Ağdərənin Talış və Xocalının Ballıca kəndlərinə Böyük Qayıdışın uğurla realizəsinə start verilib, əhalinin təhlükəsiz və layiqli həyat səviyyəsinin təmini üçün ciddi addımlar atılıb. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur regionunun potensialının ölkənin iqtisadi sisteminə reinteqrasiya olunması, həmçinin qlobal əhəmiyyətli layihələrin realizə olunması istiqamətində çox ciddi tədbirlər həyata keçirilib".
Deputat əlavə edib ki, ötən gün dövlət başçımızın dediyi kimi, "orada həyat yenidən, sıfırdan qurulur:
"Həqiqətən də Zəfərimizdən doğan güc və imkanlarımız bizə imkan verir ki, öz gücümüzə vandalizmə və 30 illik işğala məruz qalmış Livan kimi bir ölkənin ərazisi ölçüsündə böyük coğrafiyada qalib dövlətin vətəndaşına layiq yeni müasir, gözəl, rahat həyat qurulsun".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi