Brayza Azərbaycan və Ermənistanın normallaşma prosesindən danışıb
15:16 23.04.2024
Siyasət
518
Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müsbət istiqamətdə davam edir.
APA xəbər verir ki, bunu Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edəb ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinə çatmaq istəyirlər: “Bugünkü görüşdə Azərbaycan Prezidenti də bildirdi ki, onlar artıq böyük siyasi fikir ayrılığı olan məsələləri həll ediblər. Sadəcə, yerdə qalan məsələlər texniki və həlli asan olan məsələlərdir ki, beynəlxalq hüquq çərçivəsində həll olunacaq. Əvvəllər Ermənistan tərəfindən Qarabağın Azərbaycana məxsus olmaması ilə bağlı bəyanatlar səsləndirilirdi, ancaq artıq belə bəyanat və tələblər yoxdur. Hesab esirəm ki, Prezident Əliyev də əmindir ki, normallaşma prosesi davam edə bilər. Sərhəddə demarkasiya prosesi başlayıb və irəliləyir.
Prezident Əliyev də bu gün bildirdi ki, artıq 30 ildir Gürcüstan və Azərbaycan sərhədlərin demarkasiyasını tam tamamlamayıb, ona görə də Azərbaycan və Ermənistan arasında bu proses daha uzun çəkə bilər. Bunun nə zaman tamamlanacağını bilmək olmaz onaa görə də hesab edirəm ki, proses tam tamamlanana qədər sülh sazişini imzalamamaq məntiqli olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi