Brüssel görüşündən nəticələr gözlənilir
Yusif Nəzərli
12:30 21.05.2022
Siyasət
305
Artıq Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələr, təmaslar qurulur
Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüş mayın 22-də Brüsseldə baş tutacaq. Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Şarl Mişellə dövlət başçısı İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrı görüşlər də keçiriləcək.
Gözlənilən görüşlə bağlı “Şərq”ə danışan politoloq Turab Rzayev bildirib ki, Brüsseldə növbəti görüşün keçirilməsi çox əhəmiyyətlidir. Analitikə görə, indiyədək Rusiyanın vasitəçiliyi ilə onlarla görüş keçirilsə də, real nəticə alınmayıb:
“Brüsseldə iki görüş baş tutub. Əvvəlki görüşdə Ermənistan Zəngəzur dəhlizinin ilk ayağının - dəmir yolunun açılmasına razılıq verib. İkinci görüşdə İrəvan daha irəli addım ataraq, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına razı olub. Daha sonra Xarici işlər nazirliklərinin yanında xüsusi komissiyaların yaradılmasına nail olunub. Ümumən, Ermənistanla kommunikasiyaların bərpası və digər məsələlərlə bağlı ciddi müzakirələr aparılıb. Paşinyan ilk dəfə olaraq Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə etirazını bildirməyib. Bu da o deməkdir ki, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması ilə başlayan proses yaxın zamanda iqtisadi-siyasi, diplomatik əlaqələrin qurulmasına da öz töhfəsini verəcək. Məhz Ermənistan xarici işlər nazirinin ilk dəfə heç bir vasitəçi olmadan Azərbaycanın XİN başçısı ilə əlaqə saxlaması da prosesin tərkib hissəsi idi. Artıq iki ölkə arasında birbaşa əlaqə qurulur. Bu, özlüyündə təxribatçı qüvvələrin, bölgədə sülh istəməyən, Qarabağ problemindən Azərbaycana və Ermənistana qarşı alət kimi istifadə etmək istəyən güclərin planlarını alt-üst edir. Eyni zamanda Ermənistandakı revanşist qüvvələrin yeni müharibə təşəbbüslərinin də üzərindən xətt çəkir. ABŞ Dövlət Departamentinin Ermənistana dəstəyi fonunda üçüncü Brüssel görüşündən önəmli nəticələr hasil ola bilər. Ən azından əldə olunmuş nəticələr daha da möhkəmləndirilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual