"Bu, biabırçılıqdır"
Yusif Nəzərli
02:34 08.12.2022
Siyasət
768
Tural Abbaslı: "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır"
"Qanun layihəsi çoxpartiyalı sistemin qarşısını alacaq. Hətta ola bilsin, bir çox partiyalar könüllü şəkildə fəaliyyətlərini dayandırdılar"
“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan da keçib. Lakin bəzi deputatlar layihə ilə bağlı bir sıra dəyişikliklər təklif ediblər. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev partiya üzvlərinin fərdi identifikasiya nömrələrinə dair tələbin ləğvini istəyib. Deputat bildirib ki, artıq partiyada göstəriş verilib ki, qanun layihəsinin 20-ci maddəsinə uyğun olaraq üzvlərin fərdi identifikasiya nömrələri alınsın.
Amma bu informasiya gizli, konfidensial informasiyadır. Q.Həsənquliyev bildirib ki, bu, partiya üzvləri arasında narazılıq yaradır: “Sadəcə, partiya üzvlərinin adı soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaq kifayət edir. Çünki fərdi identifikasiya nömrəsinin şəxsdən alınması qəbul etdiyimiz qanunlara da ziddir”.
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev də deyib ki, layihədə bəzi təzadlı və sual doğuran məqamlar var: “Bəzi maddələrdə olan təzadları aradan qaldırmaq lazımdır. Əgər siyasi partiya ildə bir dəfə reyestrə dəyişikliyi təqdim edirsə, müvafiq icra qurumu ildə iki dəfə hansı məlumatları yoxlayacaq?
Deputat Vüqar Bayramov isə partiyaların sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını, həmçinin seçkilərdə etibarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil olunmayan partiyalar arasında bölüşdürüləcək vəsaitin artırılmasını vacib sayıb:
“2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər. Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”. Deputat Naqif Həmzəyev deyib ki, qanun layihəsində siyasi partiyanın 50 nəfər tərəfindən təsis edildiyi qeyd olunur. Başqa bir maddədə isə göstərilir ki, siyasi partiya qeydiyyata alınana qədər siyasi fəaliyyətlə məşğul olması qadağandır: "50 nəfər 5000 üzvü necə toplayacaq?! Məncə, bu məsələdə yumşalma olsa, ağzıgöyçəklərin də deməyə heç bir sözü qalmayacaq”.
Müzakirələrlə bağlı "Şərq"ə danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi gündəmə gəldiyi gündən indiyədək 70 dəyişiklik edilməsinə baxmayaraq, yenə də ciddi boşluqlar, məntiqsiz tələblər qalmaqdadır. Partiya rəhbəri bildirib ki, dəyişikliyə və ciddi düzəlişlərə ehtiyac var:
"Bununla bağlı ötən gün üç siyasi təşkilat - AĞ Partiya, Azərbaycan Xalq Partiyası və Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyinin iştirakı ilə bizim ofisdə dəyirmi masa təşkil etmişdik. Müzakirələrdə üç partiyanın mövqeyi bu oldu ki, qanun layihəsi çoxpartiyalı sistemin inkişafına təkan verməyəcək. Əksinə, partiyaların fəaliyyətini daha da məhdudlaşdıracaq və ağırlaşdıracaq. Ümumiyyətlə, qanun layihəsi çoxpartiyalı sistemin qarşısını alacaq. Nəticədə partiya fəaliyyəti səmərəsiz və maraqsız formata keçəcək.
Hətta ola bilsin, bir çox partiyalar könüllü şəkildə fəaliyyətlərini dayandırdılar. İldə bir dəfə bütün üzvlərin dövlət reyestrinin tələbi, ildə iki dəfə üzvlərin siyahısının təftişi, 4500 min limitin qoyulması, Apelyasiya Məhkəməsinə şikayət edərək partiyanın qeydiyyatının ləğvi absurddur.
Həmçinin parlamentdə təmsil olunan partiyalara ayrılan vəsaitin miqdarı da çox gülüncdür. İlkin hesablamalara görə, parlamentdə təmsil olunmayan siyasi partiyalara dövlət tərəfindən ayda 300-350 manat yardım ayrılacaq. Bu məbləğ partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır. Bu, biabırçılıqdır".
T.Abbaslı kifayət qədər redaktəyə ehtiyac olduğunu düşünür:
"Qanun layihəsində vətəndaşların partiyalara üzv olmasını stimullaşdıracaq heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, seçki qanunvericiliyinə görə, partiyaların seçkilərdə iştirakı daha ağır prosedur tələb edir.
Əgər qanun layihəsi indiki şəkildə, dəyişiklik edilmədən qəbul olunarsa, partiyaların fəaliyyəti xeyli şübhə altına düşəcək. Geriyə doğru addım kimi dəyərləndiriləcək. Qanun layihəsi artıq ikinci oxunuşda qəbul edilib.
Üçüncü oxunuş isə simvolik xarakter daşıyır. Biz kifayət qədər qayğılıyıq. Ona görə də ciddi və real partiyalarla tərəfsiz müzakirələr aparılmalıdır və ortaq məxrəcə gəlinməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət