Bu, gec-tez olacaq:“Rusiya Cənubi Qafqazdan çıxacaq”
Banuçiçək Kalbalıyeva
13:59 01.07.2021
Siyasət
709
“Qərb istəyir ki, sülhməramlılar beş il tamam olduqdan sonra ərazidən çıxarılsın”
“Rusiya isə bunun əksinə çalışır. Amma, məncə, uzaqbaşı 5-7 ilə sülhməramlılar tamamilə regiondan çıxacaq”
Rusiya prezidenti Vladimir Putin onlayn brifinq zamanı bildirib ki, heç kəs Dağlıq Qarabağda böhranın daha da böyüməsində maraqlı deyil. “Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq. Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil” – Rusiya lideri deyib.Onun sözlərinə görə, hələ də infrastrukturun bərpası, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər qalır: “İndi bunun üzərində iş gedir, üçtərəfli işçi qrup yaradılıb. Bölgədə normal münasibətləri bərpa etmək üçün hər şeyi edəcəyik”.
Maraqlıdır ki, indiyədək “suyu bulandıran” Moskva indi, doğrudan da, səmimidir? Necə deyərlər, xeyirdimi?!
“Sherg.az” olaraq bu barədə siyasi analitik Samir Hümbətovla müzakirə apardıq:
- Putinin sözügedən bəyanatını necə qiymətləndirirsiniz?
- Bütün imperiyaların, o cümlədən Rusiyanın dedikləri ilə etdikləri heç vaxt üst-üstə düşmür. Diqqətlə fikir versək, görərik ki, Cənubi Qafqazda, Ukraynada, Gürcüstanda vəziyyəti kritikləşdirən məhz Kremldir. Çünki həmin dövlətlərin öz orbitindən çıxmasını istəmir. Amma, fikrimcə, Rusiya Cənubi Qafqazdan çıxacaq. Bu, gec-tez olacaq.
- Rusiya bu açıqlama ilə Qarabağdakı sülhməramlıların sayını artırmağa çalışa bilərmi?
- Bu, şimal qonşumuzun ən böyük arzusudur. Lakin ehtimal azdır. Əvvəla, onsuz da Qarabağdakı rus hərbçiləri faktiki olaraq deyildiyindən daha çoxdur. İkinci bir tərəfdən isə Türkiyə amili və Qərbin təzyiqi Rusiyanın bu arzusuna mane olur. Ümumiyyətlə, Qərb istəyir ki, sülhməramlılar beş il tamam olduqdan sonra ərazidən çıxarılsın. Rusiya isə bunun əksinə çalışır. Amma, məncə, uzaqbaşı 5-7 ilə sülhməramlılar tamamilə regiondan çıxacaq.
- Ermənistanda Paşinyanın yenidən hakimiyyətə gəlməsi proseslərə necə təsir edəcək?
- Bu, Rusiyanın Cənubi Qafqaz siyasəti üçün sonun başlanğıcı deməkdir. Kreml rəhbərliyi tərəflər arasında yükun sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Əks halda regiondakı mövcudluğunun yoxa çıxacağını bilir. Zəngəzur dəhlizinin indiyədək açılmaması da Moskvanın diktəsidir. Çünki belə olsa, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayacaq.
- Elə isə şimal qonşumuzun istədiyi nədir?
- Regionda hazırkı durumun qorumun saxlanması. İndiki vəziyyət Rusiyanın ürəyincədir. Ümumiyyətlə, nə qədər bunu dildə desə də, Moskva sülh tərəfdarı deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya