Çavuşoğlu: Fransa başda olmaqla, bəzi Avropa ölkələri Azərbaycan-Ermənistan danışıqlarını baltalamağa çalışır
Yusif Nəzərli
10:44 02.03.2024
Siyasət
442
Fransa başda olmaqla, bəzi Avropa ölkələri Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesini baltalamağa çalışır.
Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir həmçinin, qeyd edib ki, Azərbaycan sülhün əldə edilməsində səmimi olduğunu göstərib. Ermənistan isə xarici təsirə məruz qalmasa, Azərbaycanla sülh sazişini imzalamağa yaxın olacaq:
“Türkiyə normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirir. Azərbaycanla Ermənistan arasındakı hər bir pozitiv addım Türkiyə ilə Ermənistan arasındakı prosesə də müsbət töhfə verəcək. Bölgədə, təbii ki, Gürcüstan da önəmlidir. Amma bu proseslər sadəcə bizim regionumuz üçün vacib deyil. Orta Dəhlizin canlanması, enerji xətlərinin ötürücülük qabiliyyətinin artırılması kimi məsələlər Avropa və Asiya üçün də həyati önəm kəsb edir”.
M. Çavuşoğlu Antalya Diplomatiya Forumunun Azərbaycan və Ermənistan tərəfinin görüşləri və müzakirələri üçün də önəmli olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm